...

AŞ-nin baş katibi Bakıdakı yanğınla bağlı başsağlığı verdi

Siyasət Materials 19 May 2015 16:18 (UTC +04:00)
Avropa Şurasının baş katibi Torbyorn Yaqland Bakıdakı yanğınla bağlı Azərbaycan xalqına başsağlığı verib.
AŞ-nin baş katibi Bakıdakı yanğınla bağlı başsağlığı verdi

Azərbaycan, Bakı, 19 may /Trend, müxbir Elmira Tariverdiyeva/

Avropa Şurasının baş katibi Torbyorn Yaqland Bakıdakı yanğınla bağlı Azərbaycan xalqına başsağlığı verib.

T.Yaqland "Twitter"dəki səhifəsində yazıb: "İndicə Bakıdakı yanğın barədə eşitdim. Dəhşətli faciədir. Bütün zərər çəkmişlərə başsağlığı verirəm".

Qeyd edək ki, bu gün Bakıda yaşayış binasında baş vermiş yanğın zamanı ölənlərin sayı 14 nəfərə çatıb, xəsarət alanlar isə 50 nəfərdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti