...

"Jewishpress": İsrailin regionda Azərbaycandan yaxşı müttəfiqi yoxdur

Siyasət Materials 8 İyun 2015 17:57 (UTC +04:00)
Regionun hərbi və iqtisadi potensialı baxımından İsrailin Azərbaycandan yaxşı müttəfiqi yoxdur.
"Jewishpress": İsrailin regionda Azərbaycandan yaxşı müttəfiqi yoxdur

Azərbaycan, Bakı, 8 iyun /Trend, müxbir Elmira Tarıverdiyeva/

Regionun hərbi və iqtisadi potensialı baxımından İsrailin Azərbaycandan yaxşı müttəfiqi yoxdur. Trend-in məlumatına əsasən, bu barədə İsrailin "Jewishpress" qəzetində dərc olunan məqalədə deyilir.

Məqalədə qeyd olunur ki, İsrail və Azərbaycan arasında ticarət il ərzində 4 milyard dollar təşkil edir: "Bu, İsrailin keçmiş Sovet İttifaqının tərkibinə daxil olan, hazırda müstəqillik əldə edən istənilən ölkə ilə biznes əlaqələri baxımından ən yüksək göstəricidir".

Məqalədə həmçinin bildirilir ki, Azərbaycan silahlanma və müşahidə texnikasının inkişafı baxımından İsrailin simasında yaxşı müttəfiqə sahibdir: "Bundan başqa, İsrail və Azərbaycan qonşu ölkələrlə münaqişə və regionun böyük dövlətlərinin hakim mövqe tutan təsiri ilə birbaşa tanışdır. İsrail və Azərbaycan əlaqələrinin inkişafı sübut edir ki, Yaxın Şərq xalqlarının parçalanmasının dini əsası yoxdur. Azərbaycanda yaşayan şiə müsəlmanlar 85 faiz təşkil edir və bu onu göstərir ki, şiələrin hamısı regional hegemon kimi İrana üstünlük vermir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti