...

Elmar Məmmədyarov Ukrayna Dövlət Fiskal Xidmətinin rəisini qəbul edib

Siyasət Materials 12 İyun 2015 12:56 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Ukrayna Dövlət Fiskal Xidmətinin rəisi Roman Nəsirovu qəbul edib.
Elmar Məmmədyarov Ukrayna Dövlət Fiskal Xidmətinin rəisini qəbul edib

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir İlkin İzzət/

Xarici işlər naziri Elmar Məmmədyarov Ukrayna Dövlət Fiskal Xidmətinin rəisi Roman Nəsirovu qəbul edib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycanda olmasından məmnunluğunu bildirən Roman Nəsirov Birinci Avropa Oyunlarının keçirilməsi münasibətilə ölkəmizi təbrik edib və xeyli sayda ukraynalı idmançının yarışlarda iştirak edəcəyini diqqətə çatdırıb. O, həmçinin Ukraynada cərəyan edən hadisələr ilə bağlı qısa məlumat verib.

Nazir Elmar Məmmədyarov ukraynalı idmançıların oyunlar zamanı uğurla çıxış edəcəyinə ümidvar olduğunu bildirib. Nazir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar barədə məlumat verərək münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə beynəlxalq səviyyədə tanınmış sərhədlərə və dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət çərçivəsində həll olunmasının vacibliyini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti