Prezident İlham Əliyev Hərbi Dəniz Qüvvələri yeni bazasının açılışında iştirak edib (FOTO)

Prezident İlham Əliyev Hərbi Dəniz Qüvvələri yeni bazasının açılışında iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 24 iyun /Trend/

İyunun 25-də Bakının Qaradağ rayonunun Puta qəsəbəsində Hərbi Dəniz Qüvvələrinin yeni bazasının və "N" saylı hərbi hissənin açılışı olub.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev açılışda iştirak edib.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Ali Baş Komandan İlham Əliyevə raport verdi.

Dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstəsi qoydu.

Müdafiə naziri Zakir Həsənov Ali Baş Komandan, Prezident İlham Əliyevə görülən işlər barədə məlumat verdi. Bildirildi ki, Xəzər dənizi hövzəsində ən böyük və müasir hərbi obyekt olan Hərbi Dəniz Qüvvələrinin yeni bazasının və "N" saylı hərbi hissənin inzibati, xidməti binalarının və qurğuların inşasına 2010-cu ilin oktyabrından başlanılıb. Burada şəxsi heyətin xidməti vəzifələrini layiqincə yerinə yetirməsi və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün geniş işlər görülüb.

Azərbaycan Prezidenti rəmzi açılışı bildirən lenti kəsdi.

Hərbi Dəniz Qüvvələrinin qərargahının binasında ulu öndər Heydər Əliyevin ordu quruculuğuna diqqətini əks etdirən fotolardan ibarət stend yaradılıb. Qərargah binasında növbətçi, tədris, vətəndaşların qəbulu, qonaq otaqları, konfrans zalı, komplektləşdirmə, dəniz müşahidə və digər şöbələr, həmçinin feldyeger poçt-rabitə stansiyası, bufet yaradılıb.

Prezident İlham Əliyevə Hərbi Dəniz Qüvvələrinin komanda məntəqəsi barədə məlumat verildi. Bu məntəqə Hərbi Dəniz Qüvvələrin idarə olunmasını həyata keçirir, Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus sektorunda suüstü şəraitə nəzarət etməyə hərtərəfli imkan verir. Məntəqədə suüstü şərait haqqında operativ məlumatlar Hərbi Dəniz Qüvvələrinə məxsus sahil və ada radio-texniki postlarda yerləşən radiolokasiya stansiyaları vasitəsilə alınır. Aşkar edilən bütün hədəflər real vaxt rejimində monitorlarda əks olunur. Xəzər dənizinin Azərbaycana məxsus sektorunda suüstü şəraitlə bağlı Dövlət Sərhəd Xidmətinin sahil mühafizəsindən və Dövlət Dəniz Administrasiyasından alınan məlumatlar da Hərbi Dəniz Qüvvələrinin komanda məntəqəsində toplanır, təhlil olunur və müvafiq qərar qəbul edilir. Burada ən müasir texnoloji yeniliklərə əsaslanan avadanlığın quraşdırılması məntəqənin işini yüksək səviyyədə qurmağa imkan verir.

Sonra dövlətimizin başçısı hərbçilərlə görüşdü.

Hərbi Dəniz Qüvvələrinin qərargah rəisi Şahin Məmmədov dövlətimizin başçısına raport verdi.

Prezident İlham Əliyev əsgərləri salamladı.

Azərbaycan Respublikasının dövlət himni səsləndi.

Prezident, Ali Baş Komandan İlham Əliyev mərasimdə nitq söylədi.

Sonra xatirə şəkli çəkdirildi.

Daha sonra dövlətimizin başçısı "N" saylı hərbi hissənin əsgər yataqxanasında oldu.

Hərbi hissənin şəxsi heyəti üçün yataqxanaları inşa olunub. Üçmərtəbəli binalarda əsgər və zabitlərin qalması, onların istirahəti, asudə vaxtlarının səmərəli təşkil edilməsi üçün bütün zəruri şərait yaradılıb. Əsgər yataqxanalarında, həmçinin lazımı hərbi-texniki vəsaitlərlə təchiz edilmiş sinif otaqları var. Buradakı şərait bir daha təsdiq edir ki, Azərbaycan dövlətinin iqtisadi qüdrəti artdıqca hərbi sahənin daha da müasirləşdirilməsi, əsgər və zabitlərin xidmət şəraitlərinin daha da yaxşılaşdırılması, onların hərbin sirlərinə daha dərindən yiyələnməsi istiqamətində mühüm layihələr yerinə yetirilir.

Ali Baş Komandana "Bəbir-2" zirehli nəqliyyat vasitəsi barədə də məlumat verildi. Avtomatik sürətlər qutusu, hidravlik sükan mexanizmi ilə təchiz edilən bu zirehli maşın Azərbaycan istehsalıdır. İstənilən döyüş tapşırığını yerinə yetirə bilən bu zirehli nəqliyyat vasitəsi döyüş zamanı təbii və süni maneələri asanlıqla dəf edə bilir.

Dövlətimizin başçısı Hərbi Dəniz Qüvvələrinin poliklinikasındakı şəraitə baxdı. Poliklinika binasının foyesində ulu öndər Heydər Əliyevin və Ali Baş Komandan İlham Əliyevin əsgər və zabitlərlə görüşlərini əks etdirən fotolar sərgilənir. Burada əsgər və zabitlərin həm müalicəsi, həm də müayinəsini həyata keçirmək mümkündür. Poliklinikada 11 funksional bölmə və 4 funksional kabinet yaradılıb. Buradakı oftalmoloq, fizioterapiya, nevropatoloq, LOR, stomatoloq, cərrah, terapevt, ultrasəslə müayinə, dermatoloq və rentgen otaqları tibbin müasir texniki avadanlığı ilə təchiz edilib. Poliklinikada, həmçinin biokimyəvi, kimyəvi və seroloji müayinələrin aparılacağı laboratoriya, prosedur otaqları, aptek, yeməkxana yaradılıb. Bu tibb müəssisəsində 32 çarpayılıq 7 palata da var. Palatalardakı şərait hərbçilərin müalicə proseslərini yüksək səviyyədə aparmağa geniş imkan verir.

Qaradağ rayonunun Puta qəsəbəsində ayrılan 254,5 hektar torpaq sahəsində Hərbi Dəniz Qüvvələri və "N" saylı hərbi hissə üçün qərargah binaları, 2 xidməti yaşayış binası, 10 sahilyanı matros yataqxanası, əsgər yeməkxanaları, nəzarət-buraxılış məntəqələri, qazanxana-camaşırxana-hamam kompleksi, gəmilərin yan alması üçün körpülər, anqar tipli avtomobil dayanacaqları yaradılıb.

Gəmilərin yanalma körpüsünə gələn Prezident İlham Əliyev Hərbi Dəniz Qüvvələrinin idarəetmə gəmisinə baxdı. Gəmidə şəxsi heyətin yaşaması, istirahət etməsi və xidmət aparması üçün zəruri şərait yaradılıb. Gəmidəki qurğular şəxsi heyətin qarşısına qoyulmuş döyüş və əməliyyat tapşırıqlarının yerinə yetirilməsində yüksək nəticələrə nail olmaq imkanı yaradır.

Dövlətimizin başçısına gəminin baş komanda məntəqəsi haqqında məlumat verildi.

Bildirildi ki, baş komanda məntəqəsi gəminin idarə edilməsini, dənizdə üzmə zamanı naviqasiya və məhdud görünmə şəraitində təhlükəsizliyini təmin edir. Bütün silah və texniki vasitələrin idarə edilməsi, döyüş və atəş tapşırıqlarının yerinə yetirilməsi də buradan həyata keçirilir. Gəminin hərəkətə gətirilməsi və istiqamətinin tənzimlənməsi üçün baş mühərriklərin və sükanın idarə edilməsi məqsədilə burada ən son texnoloji avadanlıq quraşdırılıb. Bütün cihazların təyin etdiyi göstəricilər elektron xəritədə əks olunur.

Hərbi hissədə tikintinin ikinci mərhələsində gəmilərə və avtomobillərə texniki qulluq və təmir sahələri, əlavə yanalma körpüləri, anbarlar sahəsi, zabitlər evi, uşaq bağçası və məktəb binaları, klub və idman şəhərciyinin inşası nəzərdə tutulub.

Sonra Ali Baş Komandan Hərbi Dəniz Qüvvələrinin "N" saylı hərbi hissəsinin qərargahı və matros yataqxanasında yaradılan şəraitlə tanış oldu. Bu bina hərbi hissə qərargahının fəaliyyəti və matrosların yaşaması üçün nəzərdə tutulub. Burada hər biri 8 nəfərlik olmaqla 4 otaq var. Otaqlarda hərbçilərin yatması, istirahət etməsi və asudə vaxtlarını səmərəli keçirməsi üçün bütün imkanlar yaradılıb. Məişət xidməti və sinif otaqları, kompyuter zalı əsgərlərin ixtiyarına veriləcək.

Prezident İlham Əliyevə Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti üçün inşa edilən yaşayış binaları barədə də məlumat verildi. Ərazidə beşmərtəbəli iki bina inşa olunub. Beş blokdan ibarət binaların hər birində üçotaqlı 50 mənzil var. Bütün zəruri avadanlıqla təchiz olunan mənzillərin hər birinin ümumi sahəsi 110 kvadratmetrdən artıqdır. Binaların ikisi də mərkəzləşdirilmiş havalandırma sistemi ilə təmin olunub. Ətrafda geniş abadlıq-quruculuq işləri aparılıb, yaşıllıq zolaqları salınıb, istirahət guşələri yaradılıb.

Daha sonra dövlətimizin başçısı "N" saylı hərbi hissənin qazanxana-camaşırxana-hamam kompleksindəki şəraitlə tanış oldu. Bu kompleks də müasir səviyyədə yaradılıb.

"N" saylı hərbi hissənin yeməkxanası ilə tanışlıq zamanı Ali Baş Komandana səhra şəraitində yemək hazırlamaq məqsədilə soba, şəxsi heyət üçün səhra şəraitində suyun qaynadılması, yeməklərin və çörəyin hazırlanması, hazır yeməklərin daşınması üçün xüsusi qablar və soyuducular, həmçinin son dövrlərdə əsgərlərin yemək rasionuna edilən əlavələr barədə də məlumat verildi. Bildirildi ki, yeməkxanada eyni vaxtda üç min nəfər qidalana bilər.

Prezident İlham Əliyev çörək sexinə də baxdı. Məlumat verildi ki, bu sex hərbi hissənin şəxsi heyətinin çörəyə olan tələbatını tam ödəməyə imkan verir.

Azərbaycan Ordusunun şanlı aprel zəfərindən 5 il ötür
Azərbaycan Ordusunun şanlı aprel zəfərindən 5 il ötür
Azərbaycan ərazi bütövlüyünü bərpa edə bilib - Tural Gəncəliyev
Azərbaycan ərazi bütövlüyünü bərpa edə bilib - Tural Gəncəliyev
Britaniyanın "Aardvark Group" şirkəti Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsində iştirak edib
Britaniyanın "Aardvark Group" şirkəti Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsində iştirak edib
Loading Bars
Xəbər lenti
Könül Nurullayeva Parlamentlərarası Birlik Təşkilatının tədbirində çıxış edib (FOTO)
Bu günə qədər 2 mindən artıq koronavirus xəstəsi ictimai yerlərdə aşkarlanıb - DİN
Rusiya Azərbaycana 270 milyon dollarlıq kimyəvi məhsul ixrac edib
Saatlıda 2 yerdə yas mərasimi dayandırıldı, 6 nəfər cərimələndi
Son 3 ayda Bakıda vurulan 51 piyadadan 17-si ölüb
“AzərEnerji”dən itkiləri azaldıb, maliyyəyə qənaət layihəsi
Cəlilabadda bir nəfəri öldürüb, digərini yaralayan şəxs tutulub
Ötən gün 33 yanğın olub, 7 nəfər xilas edilib
Son üç ayda ƏƏSMN 150,7 min elektron arayış verib
Evdən çıxan koronavirus xəstəsi saxlanılıb
Ordunun mərkəzi ərzaq anbarının bölgələrdəki bölmələrində yenidənqurma işləri görülüb (VİDEO)
Belə getsə Minsk qrupundan imtina etməyə məcbur olacağıq - Deputat
Balakəndə tənha qadının evinə silahlı basqın edildi (FOTO)
Azərbaycan nefti 2 dollardan çox bahalaşıb
Azərbaycanın tarixi Qələbəsi regional əməkdaşlığın və inkişafın yeni mərhələsinə keçidi şərtləndirib - Səttar Möhbalıyev
Ötən gün evini tərk edən daha 17 koronavirus xəstəsi saxlanıldı
Ucarda ər arvadını qətlə yetirdi
Zəngilan rayonunun Ağ oyuq qəsəbəsi (VİDEO)
Aprel ayı üzrə pensiyaların ödənişi tam başa çatıb - DSMF
Azərbaycan bankları üçün BAFT tərəfindən beynəlxalq seminar keçirilib
DİN texniki baxışla bağlı "qaynar xətt" yaratdı
Hərbi Qənimətlər Parkı yeni reallıqların nümunəsidir - Deputat
Bakıda tıxac avtobusların hərəkətində çətinliklər yaratdı (FOTO)
DİM bu gün buraxılış imtahanı keçirəcək
Bu gündən ölkədə istilik təchizatı dayandırılır
Aprelin 15-də xarici valyutaların manata qarşı məzənnələri
Azərbaycanda bankomatlar vasitəsilə əməliyyatlar artıb
Yevlaxda cücə sexi yanıb, 1 nəfər ölüb
Tokiodakı Olimpiya və Paralimpiya oyunları tamaşaçısız keçirilə bilər
Azərbaycan əhalisi 3 ayda 10 milyard manata yaxın pul xərcləyib
İraqın şimalında raket hücumunda türk əsgəri həlak olub
Nyu-York polisi mümkün olan etirazlara görə 12 saatlıq növbələrə keçəcək
ABŞ-da "Johnson & Johnson" peyvəndi ilə bağlı qərar təxirə salınıb
Rusiya Türkiyə ilə hava uçuşlarını məhdudlaşdırıb
İraqın Erbil hava limanına PUA ilə hücum edilib
Türkiyədə son sutkada koronavirusdan 55 413 nəfər sağalıb
"Mançester Siti" və "Real" Çempionlar Liqasının yarımfınalına yüksəlib
NATO öz ordusunu Əfqanıstandan çıxarmağa başlayıb
Bakı sakini mənzildə halsız vəziyyətdə aşkar edilib
"Brent" markalı neftin qiyməti 66,9 dollar təşkil edib
Dünyada ötən sutka koronavirusa 679 mindən çox yoluxma qeydə alınıb - ÜS
Birinci vitse-prezident Mehriban Əliyeva SMA xəstəliyindən əziyyət çəkən Tunarla bağlı tapşırıq verdi
Balakəndə yol polisi reyd keçirib, qaydaları pozan sürücülər barəsində protokol tərtib olunub (FOTO)
Aleksandr Lukaşenko: Prezident İlham Əliyev postsovet məkanındakı prezidentlər arasında ən savadlı, ən mədəni insandır
Vaksini Azərbaycanla bölüşməyə hazırıq - Belarus Prezidenti
Bizim razılığa gəldiyimiz bütün məsələlər reallaşacaq - Belarus Prezidenti
Belarus ilə Azərbaycan arasında münasibətlərin strateji xarakterini bir daha təsdiq etdik - Aleksandr Lukaşenko
Prezident İlham Əliyev: Ermənistanın başına gələnlərin təqsirkarı Ermənistan rəhbərliyidir
Prezident İlham Əliyev: Dağlıq Qarabağ münaqişəsi nizamlanıb
Prezident İlham Əliyev: Minsk qrupunun nə ilə məşğul olacağı bizə hələ məlum deyil
Prezident İlham Əliyev: Qarabağın bərpası layihələrində üç dost ölkədən olan şirkətlər artıq işləyirlər
Prezident İlham Əliyev: Belarus bizim dostumuz, sınaqdan çıxmış tərəfdaşımızdır
Prezident İlham Əliyev: Biz hədəflərimizi çox dəqiq müəyyən etmişik
MDU-nun rektoru Ramazan ayının gəlişi münasibətilə professor-müəllim və inzibati-texniki heyətini təbrik edib
Minsk Qrupunun xəbis niyyəti - Revanşizm körüklənir?
BEA Azərbaycanın OPEC+ sazişini icra etməsini qiymətləndirib
Ermənilər Cəbrayılda 800 yaşı olan Şərq çinarını xüsusi vandallıqla məhv edib (FOTO)
BEA Azərbaycanda neft hasilatı üzrə proqnozlarını yüksəldib
Hindistan pandemiya ilə bağlı qlobal rifah üçün güclərini bölüşəcək - Baş nazir
Yaşıl enerji məkanı üzrə alt İşçi Qrupunun ikinci iclası keçirilib (FOTO)
Ən mürəkkəb münaqişə ocaqlarından birini Azərbaycan öz güclü ordusu ilə söndürə bilib - Deputat
Baş nazir Əli Əsədov Türkiyənin Azərbaycandakı səfiri ilə görüşüb
Ağdamda bıçaqlanma hadisəsi olub
XİN Fransanın Ermənistandakı səfirinə cavab verdi
Erməni cəmiyyəti hansısa şovinist qüvvələrin əsirinə çevrilməməlidir - Deputat
Belarus Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb (FOTO)
Azərbaycan müharibə meydanında da müdrik, humanist, sülhsevər mövqeyini ortaya qoyub - Tamam Cəfərova
“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim olunub
“Əsas Məsələ”də “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans müzakirə olunub
Hərbi Qənimətlər Parkına axın edən paytaxt sakinləri: Ölkəmizlə bir daha qürur duyduq - Trend TV-nin REPORTAJI
“Azərpoçt” MMC-nin Baş direktoru PTT rəhbəri ilə onlayn görüş keçirib (FOTO)
Azərbaycanın diplomatik mübarizədə qələbəsi döyüş meydanında Zəfərini şərtləndirən amillər sırasındadır - Vüqar Rəhimzadə
Ukrayna və Azərbaycan alternativ enerjinin istifadəsi potensialını artıra bilər
Qubadlıda yol tikintisi zamanı XVlll əsrə aid məscidi qanunsuz sökənlər cəzalandırılacaq
Somalidə avtobus partladılıb - 17 ölü
Azərbaycanla İtaliya arasında humanitar sahədə əməkdaşlıq xüsusi anlam daşıyır - Sevil Mikayılova
Qəbul imtahanında Vətən müharibəsi ilə bağlı suallar olacaq
Aprelin 15-nə USD/AZN rəsmi məzənnəsi
BMT-nin ofisi Azərbaycanda humanitar fəaliyyəti dəstəkləmək üçün 2 milyon ABŞ dolları ayırıb (FOTO)
Ukrayna azad edilmiş ərazilərin bərpasında Azərbaycana kömək etməyə hazırdır - Baş nazirin müavini
Azərbaycan-Türkiyə gömrük məsələləri üzrə birgə komitənin iclası keçirilib (FOTO/ VİDEO)
Cəlilabadda reyd: sürücülər cərimələndi (FOTO)
YAP Gənclər Birliyinin üzvləri Hərbi Qənimətlər Parkını ziyarət edib (FOTO)
“Yaşıl Marafon” çərçivəsində Qubadlıda ağacəkmə aksiyası keçirilib (FOTO)
Neftçalada içməli su probleminin həlli üçün yeni layihənin icrasına başlanılır (FOTO)
Türk Şurası ölkələri futbol sahəsində əməkdaşlıq sazişi imzalayıb
30 il boyunca faydalı iş görməyən Minsk qrupunun indi məsləhət vermək haqqı yoxdur - Deputat
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
Azərbaycanda 2 293 nəfər COVID-19-a yoluxub, 31 nəfər vəfat edib
Birinci rübdə 30 min şəxsə e-qaydada fərdi hesab açılıb
AQTİ-nin regional sınaq laboratoriyaları səriştəlik proqramında yüksək nəticə göstərib (FOTO)
Azərbaycan və Ukraynanın əməkdaşlığı üçün bir sıra istiqamətlər mövcuddur - Baş nazirin müavini
Ermənistanla dövlət sərhədində daha bir hərbi hissə fəaliy­yə­tə başladı (FOTO)
Xızıda "Mitsubishi" yanıb
Hərbi Qənimətlər Parkına hansı marşrut avtobusları gedir? - BNA açıqladı
Şəhidlərimizin əziz xatirəsinə həsr edilmiş sərgi təşkil olunub (FOTO/VİDEO)
Yulğun kollarının məhv edilməsi ilə bağlı iş prokurorluğa göndərildi
Saatlı sakinindən 2 ədəd odlu silah götürülüb
Ramanada şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillər verildi (FOTO)
Türkiyə parlamentində Ermənistanın Azərbaycana hücumu zamanı qeydə alınan pozuntular müzakirə ediləcək
Bütün xəbərlər