...

AXCP Əli Kərimlinin əlindən alınır

Siyasət Materials 19 Avqust 2015 12:33 (UTC +04:00)
Azərbaycan Xalq Cəbhəsi Partiyasından zorla uzalaşdırılanlar bir araya gəlməyə qərar verdik.
AXCP Əli Kərimlinin əlindən alınır

Azərbaycan, Bakı, 19 avqust /Trend, müxbir Elçin Mehdiyev/

"Azərbaycan Xalq Cəbhəsi Partiyasından zorla uzalaşdırılanlar bir araya gəlməyə qərar verdik". Trend-in məlumatına görə, bunu AXCP sədrinin sabiq müavini Razi Nurullayev yeni yaradılan AXCP-nin Etimad Qurultayının Təşkilat Komitəsinin mətbuat konfransında deyib.

R.Nurullayev AXCP adına iddia etdiklərini bildirib: "Biz AXCP adına iddia edirik və hesab edirik ki, oradakı cəbhəçiləri də öz yanımza gətirəcəyik. Danışıqlar aparılır və AXCP üzvləri də bizi dəstəkləyir. Ya Əli Kərimli partiyadan gedəcək və ya da biz Ədliyyə Nazirliyinə müraciət edib hüquqi təmsilçilik uğrunda mübarizə aparacağıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti