...

Razi Nurullayev: Yaxın günlərdə AXCP-dən daha böyük axınla istefalar olacaq

Siyasət Materials 24 Avqust 2015 14:32 (UTC +04:00)
Əli Kərimlinin dikdaturasından bezən üzvlər yaxın günlərdə daha böyük axınla bizim tərəfimizə keçəcəklər/
Razi Nurullayev: Yaxın günlərdə AXCP-dən daha böyük axınla istefalar olacaq

Azərbaycan, Bakı, 24 avqust /Trend, müxbir Elçin Mehdiyev/

"Biz avqustun 19-da əsl AXCP-ni bərpa edəcəyimizi elan etdikdən sonra hər gün bizə qoşulanlar olur və bu proses davam edir. Bizə gələn mesajlar da ondan ibarətdir ki, Əli Kərimlinin diktaturasından bezən üzvlər yaxın günlərdə daha böyük axınla bizim tərəfimizə keçəcəklər". Bunu Trend-ə AXCP sədrinin sabiq müavini Razi Nurullayev deyib.

R.Nurullayev bildirib ki, artıq üzvlər həqiqəti görür: "Biz AXCP-də olan insanların gözünü açmaq istəyirik, həqiqətləri onlara söyləyirik. Onlar da artıq faktları görməyə başlayıblar. Ə.Kərimli AXCP-ni əvvəlki kimi idarə edə bilmir, partiya üzvləri onun göstərişlərini artıq yerinə yetirmirlər".

R.Nurullayevin sözlərinə görə, Ə.Kərimli partiya üzvlərinə hədə-qorxu gəlir: "O, partiya üzvlərinə göstəriş verir ki, hər kəs bizi təhqir etsin, bizim haqqımızda nəsə yazsın. Ə.Kərimli üzvlərə hədə-qorxu gəlir ki, kim onun göstərişinə əməl etməsə, cəzalandırılacaq".

Sabiq müavin qeyd edib ki, Ə.Kərimli repressiya metodlarından istifadə edir, partiya üzvlərinə qarşı mənəvi terrorla məşğuldur: "Sentyabr ayının sonlarında biz qurultay keçirməyi planlaşdırırıq və ondan sonra hüquqi təmsilçiliklə bağlı Ədliyyə Nazirliyinə müraciət edəcəyik. Biz əminik ki, Ədliyyə Nazirliyi də bu hüququ bizə verəcək və Azərbaycanda Ə.Kərimli dönəmi bitəcək".

Qeyd edək ki, Ə.Kərimlidən narazı üzvlər AXCP-nin Etimad Qurultayının Təşkilat Komitəsini yaradıb. R.Nurullayev bildirib ki, onlar AXCP adına iddia edirlər.

Narazı üzvlər Ə.Kərimlinin partiya sədirliyindən uzaqlaşmasını və partiyanın möhürünün onlara verilməsini tələb edirlər. Əks tədqirdə, onlar möhürü qanuni yolla Ə.Kərimlidən alacaqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti