...

Avropa Parlamentinin qətnaməsi: Avropa şizofreniyasının payız ağırlaşması

Siyasət Materials 11 Sentyabr 2015 22:00 (UTC +04:00)

Avropa Parlamentində qaçqın axını, Yunanıstanın borcu, multikulturalizm siyasətinin müvəffəqiyyətsizliyə uğraması, Rusiya ilə gərgin münasibətlər və bir neçə korrupsiya qalmaqalı səbəbindən artan gərginliklə dərinləşmiş şizofreniya kəskinləşib.

Əvvəlki illərdə olduğu kimi, Avropa Parlamentinin deputatları yığılmış daxili neqativi çıxarmaq vasitəsi qismində üçüncü ölkəyə qarşı qətnamədən istifadə ediblər. Həmin ölkənin Aİ-nin problemləri ilə heç bir əlaqəsi yoxdur, müstəqil siyasət yürütməklə çox qıcıqlandırır, maliyyə böhranlarının öhdəsindən özü gəlir və "Böyük qardaş"ın göstərişi ilə deyil, öz hökumətinin planına uyğun inkişaf edir.

Avropa Parlamentinin ədalətsiz, bəzən isə cəfəng tənqidinin hətta təkzibə ehtiyacı yoxdur. Ölümünün səbəbi hamı üçün açıq olan sosial şəbəkələrdə futbolçudan narazılığını bildirən postlar paylaşması olan azərbaycanlı jurnalist-fotoqrafın faciəsi Avropa Parlamentinin xəstə təxəyyülündə siyasi motivlər üzə qətl kimi transfarmasiya edilirsə, nə barədə danışasan? Avqustun sonunda canlı efirdə jurnalistlər Elison Parker və Adam Uordun öldürülməsində ABŞ hakimiyyətini və Prezident Barak Obamanı eyni qaydayla ittiham etmək olar. Onlar üçün hər hansı qeyri-adekvat vətəndaşın güllələnməsi isə önəmli deyil. Əsas odur ki, jurnalistdirlər, deməli öz fikirlərinə görə öldürülüblər! Hər halda Avropa Parlamentinin məntiqi belədir.

Azərbaycanın ünvanına elə geniş çərçivədə ittihamlar səsləndirilir ki, sanki ölkəni mələklərin ittiham etməsi təsəvvürü yaranır. Bakını ağla sığan və sığmayan cinayətlərdə ittiham edən Avropa institutu Qərbin əlində oyuncaq alətlərdən biridir. O Avropa ki hazırda Avropa ərazisində tövlələrdə heyvan kimi saxlanılan öz torpaqlarından qovulmuş və təhqir edilmiş yüz minlərlə insanın ölümündə təqsirkardır. Həmin insanları avropalı siyasətçi, sağçı mühafizəkar "İsveçli demokratlar" partiyasının üzvü Qunilla Şmidt ölkəsinin girişində güllələməyi təklif etmişdi.

Diqqət yetirin: söhbət sadəcə qəflətən Aİ-yə gəlmək istəyən miqrantlardan deyil, ABŞ-ın Yaxın Şərqdə bir neçə hərbi əməliyyatlarını dəstəkləyən Qərbin qərarlarına görə, öz və uşaqlarının həyatını xilas etmək üçün Avropada olan qaçqınlardan gedir.

Avqustun əvvəlində Berlində Almaniyanın əks-kəşfiyyatı, xüsusilə də internet istifadəçilərinin izlənməsi haqqında məlumatı dərc etdiyinə görə, dövlətə xəyanətdə ittiham edilən iki yerli blogerə dəstək vermək üçün 7 mindən çox insan aksiya keçirdi.

Üzvlərinin bir hissəsi korrupsiya qalmaqallarında çirkaba bulaşan Avropa Parlamenti isə bizim haqqımızda mənfi rəy söyləyir. Avqustda "Latviya Dəmir Yolu"nin rəhbəri Upis Maqonis həbs edilərək vəzifəsindən kənarlaşdırılıb. İki həftədən sonra Tallin limanının keçmiş rəhbərləri Ayn Kalyurand və Allan Kiyl həbsə düşüblər.

Bu, bütün Avropa problemlərinin yalnız bir neçəsidir. Avropa Parlamenti özünün payız ağırlaşmasında "pak qəzəb"ini çölə vurmaq üçün xarici düşmən taparaq bu barədə unutmağa üstünlük verir.

Trend

Məqalədə:
Xəbər lenti

Xəbər lenti