...

MSK Müsavat başqanının müavininin şikayətinə baxıb

Siyasət Materials 18 Sentyabr 2015 17:51 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyası (MSK) Müsavat başqanının müavininin şikayətinə baxıb.
MSK Müsavat başqanının müavininin şikayətinə baxıb

Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir İlkin İzzət/

Mərkəzi Seçki Komissiyası (MSK) Müsavat başqanının müavininin şikayətinə baxıb.

Trend xəbər verir ki, MSK-nın bu gün keçirilən iclasında Müsavat Partiyası başqanının müavini Səxavət Soltanlının müraciəti müzakirə edilib.

İclasda çıxış edən MSK-nın katibi Arifə Muxtarova qeyd edib ki, S.Soltanlı müraciətində deputatlığa namizədliyinin irəli sürüldüyü 50 saylı Abşeron-Qobustan seçki dairəsində imzatoplama kampaniyasında təzyiqlərlə üzləşdiyini bildirib.

MSK sədri Məzahir Pənahov bildirib ki, qanunvericiliyin tələbinə uyğun olaraq müraciətə öncə müvafiq dairə seçki komissiyasında baxılmalıdır.

MSK üzvləri məsələni müzakirə edərək səsverməyə çıxarıblar. Sonda S.Soltanlının müraciətinin aidiyyəti üzrə baxılması üçün 50 saylı Abşeron-Qobustan dairə seçki komissiyasına göndərilməsi barədə qərar qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti