Azərbaycan, Bakı, 21 sentyabr /Trend/
"Rossiya 1" telekanalı "Vesti nedeli" həftəlik proqramında Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli münasibəti haqqında reportaj göstərib.
Azərbaycana qarşı qərəzli münasibət Avropa Parlamentinin keçən həftə qəbul edilmiş qətnaməsində öz əksini tapıb.
Reportajı Anton Lyadov, Filipp Dubrovski, İqor Voloqdin və Şakir Eminbəyli hazırladılar.