...

Cavanşir Feyziyev: Ermənistanda xalqla hakimiyyət arasında böyük uçurum var

Siyasət Materials 15 Oktyabr 2015 15:49 (UTC +04:00)
Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında cənab Prezident İlham Əliyev həm beynəlxalq arenada, həm regionda, həm də ölkəmizdəki mövcud vəziyyətin dəqiq şərhini verdi.
Cavanşir Feyziyev: Ermənistanda xalqla hakimiyyət arasında böyük uçurum var

Azərbaycan, Bakı, 15 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

"Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında cənab Prezident İlham Əliyev həm beynəlxalq arenada, həm regionda, həm də ölkəmizdəki mövcud vəziyyətinaydınşərhini verdi. Bu şərhlərdə Prezident İlham Əliyev bütün dünyada baş verən kataklizmlərin fonunda Azərbaycanda əldə olunan uğurların mahiyyətini açıqladı". Bunu Trend-ə Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.

C.Feyziyev bildirib ki, regionda olan vəziyyətə toxunarkən cənab Prezident Ermənistanda baş verən hadisələri, hökm sürən vəziyyəti də şərh edərək hazırda Azərbaycanla Ermənistanın müqayisə edilməyəcək dərəcədə fərqli ölkələr olduğunu qeyd etdi: "Ermənistan vətəndaşlarının ölkələrindən çıxıb getməsi və onların bir qisminin Azərbaycana üz tutması Ermənistanda olan vəziyyətin artıq real mənzərəsini yaradır. Ermənistanda yerli əhali 20 il ərzində hökm sürən özbaşınalıqdan bezib. Əhalinin böyük hissəsi ölkəni tərk edib. Artıq iş o yerə çatıb ki, Ermənistan vətəndaşları Azərbaycana üz tutmağa üstünlük göstərirlər. Bu isə onu göstərir ki, Ermənistanda xalq və hakimiyyət arasında böyük uçurum var və belə bir hakimiyyət nə Ermənistanı idarə edə bilər, nə də Dağlıq Qarabağ problemini həll etməyə qadirdir".

C.Feyziyev əlavə edib ki, Ermənistan hakimiyyəti Azərbaycanda çoxsaylı cinayətlər törətmiş şəxslərdən ibarətdir və onların hansısa məsələnin həllində uğur qazanması mümkünsüzdür: "Hadisələrin gedişi onu göstərir ki, bu qüvvələr Ermənistanda hakimiyyətdən uzaqlaşmayana qədər nə erməni xalqının gələcəyi müəyyənləşəcək, nə də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində danışıqların sonu görünəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti