...

Xətai seçicilərindən Fuad Muradova böyük dəstək (FOTO/VİDEO)

Siyasət Materials 27 Oktyabr 2015 10:49 (UTC +04:00)
34 saylı Xətai ikinci seçki dairəsi üzrə deputatlığa namizəd Fuad Muradovun təbliğat kampaniyası davam edir.
Xətai seçicilərindən Fuad Muradova böyük dəstək (FOTO/VİDEO)

Azərbaycan, Bakı, 27 oktyabr /Trend/

34 saylı Xətai ikinci seçki dairəsi üzrə deputatlığa namizəd Fuad Muradovun təbliğat kampaniyası davam edir. Bu günə qədər keçirilən görüşlərin nəticəsi olaraq seçicilər kütləvi görüşə böyük maraq göstəriblər. Hətta görüş üçün nəzərə tutulmuş salonda yer çatışmamazlığı yaranıb və sakinlər ayaq üstə görüşü izləyiblər.

Salondan bayırda da sakinlər namizədlə görüşmək üçün toplanıblar. Böyük qələbəliklə müşahidə olunan görüşdə Fuad Muradov seçicilərə dəstəyə görə təşəkkürünü bildirib.

"Bu günlər ərzində demək olar ki, bütün məhəllələrdə oldum. İnsanlarla birbaşa ünsiyyətdə olmaq, onları narahat edən məsələləri özlərindən eşitmək istədim. Bu gün Prezident İlham Əliyevin siyasəti Azərbaycan xalqına, hər bir vətəndaşımızın rifahının yüksəldilməsinə yönəlib. Bizim də məqsədimiz bu siyasəti dəstəkləyərək, bütün səylərimizi bu istiqamətə yönəltməkdir. Mən bu cür yaşayıram, bu mənim amalımdır. Vətənimizi sevən hər bir insanın fikri bu olmalıdır."

Seçicilər Fuad Muradovun çıxışını alqışlarla qarşıladılar. Yüzlərlə sakinin iştirak etdiyi görüşdə bir fikir əsas olaraq vurğulandı ki, 1 noyabrda Xətai seçicilərinin səsi Fuad Muradovun olacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti