...

Ziyafət Əsgərov: Milli Təhlükəsizlik Nazirliyi ətrafında baş verənlər təhlükəsizlik sisteminə heç bir təsir göstərməyib

Siyasət Materials 12 Noyabr 2015 12:22 (UTC +04:00)
Milli Təhlükəsizlik Nazirliyi ətrafında baş verən hadisələr Azərbaycanın milli təhlükəsizlik sisteminə heç bir təsir etməyib.
Ziyafət Əsgərov: Milli Təhlükəsizlik Nazirliyi ətrafında baş verənlər təhlükəsizlik sisteminə heç bir təsir göstərməyib

Azərbaycan, Bakı, 11 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

Milli Təhlükəsizlik Nazirliyi ətrafında baş verən hadisələr Azərbaycanın milli təhlükəsizlik sisteminə heç bir təsir etməyib. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov deyib.

Z.Əsgərov bildirib ki, bununla əlaqədar hüquq-mühafizə orqanlarında iş gedir: "Bu baş verən proseslər heç bir halda Azərbaycanın milli təhlükəsizlik sistemini sarsıtmayıb və sarsıda bilməz. Milli təhlükəsizlik orqanları öz işləri ilə məşğuldurlar və Azərbaycanın təhlükəsizlik sistemi etibarlı əllərdədir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti