...

XİN: Türkiyə və Azərbaycan arasında münasibətlər bütün səviyyələrdə çox yaxşıdır

Siyasət Materials 27 Noyabr 2015 13:16 (UTC +04:00)
Türkiyə və Azərbaycan arasında münasibətlər bütün səviyyələrdə çox yaxşıdır və bundan sonra da belə olacaq.
XİN: Türkiyə və Azərbaycan arasında münasibətlər bütün səviyyələrdə çox yaxşıdır

Bakı. Səba Ağayeva - Trend:

Türkiyə və Azərbaycan arasında münasibətlər bütün səviyyələrdə çox yaxşıdır və bundan sonra da belə olacaq. Trend-in məlumatına görə, bunu Bakıda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə keçirdiyi mətbuat konfransında deyib.

O, ötən gün Bakıda iki polisin öldüyü hadisələrlə əlaqədar başsağlığı verib: "Biz terrorun istənilən forma və təzahürünü pisləyirik".

M.Çavuşoğlu qeyd edib ki, Azərbaycan və Türkiyə terrorla mübarizə məsələsində həmrəydirlər: "Hər iki ölkə artıq terror təhdidləri ilə üzləşib və onlara qarşı birgə mübarizə apara bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti