Belarus Prezidenti: Azərbaycan Belarusun etibarlı dostu və tərəfdaşıdır

Belarus Prezidenti: Azərbaycan Belarusun etibarlı dostu və tərəfdaşıdır

Bakı. Trend:

Noyabrın 28-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Belarus Prezidenti Aleksandr Lukaşenko dedi:

- Hörmətli İlham Heydər oğlu. Əziz dostlar.

Sizi Belarus torpağında ürəkdən salamlayıram. Budəfəki səfər Belarus ilə Azərbaycan arasında yaxın, dost münasibətlərin fəal inkişaf etməsinin təsdiqidir. Biz bu münasibətləri həqiqətən yüksək qiymətləndiririk. Zənnimcə, dünya iqtisadiyyatında böhran hallarını nəzərə alaraq bu gün biz əsas diqqəti qarşılıqlı faydalı əməkdaşlığın yeni ideyaları və istiqamətləri üzərində cəmləşdirməliyik. Biz bu barədə İlham Heydər oğlu ilə çoxdan danışırdıq. İndiki çətin şəraitdə bizim dövlətlərimiz, xoşbəxtlikdən, qarşılıqlı əmtəə dövriyyəsinin ciddi azalmasına yol verməyiblər. Bununla belə, zaman bizdən qarşılıqlı iqtisadi fəaliyyəti, o cümlədən üçüncü ölkələrin bazarlarında fəaliyyəti genişləndirmək üçün çevik və səmərəli qərarlar qəbul etməyimizi tələb edir. Fəxrlə qeyd etmək istəyirəm ki, Gəncə avtomobil zavodunda MTZ Belarus traktorlarının, Minskdəki MSKT avtozavodunun texnikasının istehsalı üzrə müştərək layihə yüksək nəticələr verir. 2007-ci ildən bəri bu zavodun istehsal sahələrində 6 min "Belarus" traktoru, 3 minə yaxın avtomobil və qoşqu istehsal edilib. Başqa sahələrdə də ikitərəfli qarşılıqlı fəaliyyəti genişləndirmək üçün imkanlar az deyil. Məsələn, nəqliyyat əlaqələrini təkmilləşdirmək üçün biz kiçik və orta həcmli ucuz, lakin etibarlı avtobuslar, İsveçrə ilə birgə istehsal edilən dəmir yolu sərnişin qatarları, şəhərdaxili daşımalar üçün ekoloji təmiz qaz-generator mühərrikləri ilə işləyən rahat avtobuslar təklif edə bilərik. Onların yığılmasını Sizin ölkənizdə təşkil etmək olar.

Güman edirəm ki, Azərbaycanın nəqliyyat infrastrukturunun daha da təkmilləşdirilməsində bizim iştirakımız faydalı olacaq. Məsələn, Bakının mərkəzi ilə onun şəhərətrafı zonası arasında sürətli relsli nəqliyyatın hərəkətinin təşkil edilməsi, o cümlədən Heydər Əliyev Beynəlxalq Aeroportu ilə şəhər arasında əlaqənin daha rahat şəraitinin təmin olunması üçün avadanlıq satışı xəttinin layihələşdirilməsində biz iştirak edə bilərik. Həmçinin tütün və siqaretin qarşılıqlı satışının inkişafı sahəsində sanballı imkanlar var və bu cür münasibətlər uzunmüddətli əsasda yaradılmalıdır.

Azərbaycanın işgüzar dairələrinin iştirakı ilə neft kimyası, energetika, kənd təsərrüfatı sahələrində kooperasiya imkanlarını da nəzərdən keçirmək istərdik. Müasir dünyada informasiya texnologiyaları, informasiyanın qorunması sahələri xüsusilə aktualdır. Bu sahələrdə müştərək layihələr axtarışı üzərində işi davam etdirmək lazımdır. Ümidvaram ki, bugünkü görüş bizim əməkdaşlığın inkişaf etdirilməsi prosesinə əlavə təkan verəcək, onu konkret məzmunla zənginləşdirəcək.

Hörmətli İlham Heydər oğlu, bir daha vurğulamaq istəyirəm ki, Azərbaycan Belarusun etibarlı dostu və tərəfdaşı olub, indi də belədir. Biz dostluğumuzu yüksək qiymətləndiririk. Əgər bu, Sizin xeyrinizə olarsa, biz Avrasiya İqtisadi İttifaqında Sizin maraqlarınızın təmin olunmasına eyni dərəcədə səmimi və açıq kömək etməyə hazırıq.

Hörmətli İlham Heydər oğlu, Sizə təşəkkür edirəm ki, bu çətin vaxtda sözünüzə əməl etdiniz, bizim ölkəyə gəldiniz. Gördüyünüz kimi, danışmalı məsələlər var. Buna görə də Sizi Belarus torpağında bir daha salamlayıram.

Görüşdə elm, yüksək texnologiyalar, maşınqayırma sənayesi, beynəlxalq təşkilatlarda və digər sahələrdə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olundu.

Çovdar nekropolu ilə bağlı elmi tədqiqatların ikinci mərhələsinə başlanıb (FOTO)
Çovdar nekropolu ilə bağlı elmi tədqiqatların ikinci mərhələsinə başlanıb (FOTO)
"British Airways" bu il 1 milyard avro itirib
"British Airways" bu il 1 milyard avro itirib
Türkiyənin türkdilli ölkələrə ixracı artıb
Türkiyənin türkdilli ölkələrə ixracı artıb
Loading Bars
Xəbər lenti
Şirvan şəhərində "Opel" yanıb
Malayziyada ölkə daxilində səyahət etmək və əksər sosial tədbirlər qadağan ediləcək
Kolumbiyada etiraz aksiyaları zamanı 550-ya yaxın insan itkin düşdü
Yunan-Roma güləşçimiz Rafiq Hüseynov "Tokio-2020" Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Nyu-Yorkun Tayms-skver meydanında atışma baş verib
Dünyada ötən sutka koronavirusa 817 mindən çox yoluxma qeydə alınıb - ÜST
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun iştirakçıları üçün hər cür şərait yaradılıb - amerikalı idmançı
Türkiyədə son sutkada koronavirusdan 28 896 nəfər sağalıb
"Bavariya" ardıcıl 9-cu dəfə futbol üzrə Almaniya çempionu oldu
Daşkəsən polisi şəhid ailələrinə bayram sovqatları paylayıb
Əfqanıstanda məktəbin qarşısında partlayışlar olub, çoxlu sayda ölən var
Mingəçevir Dövlət Universitetində “Dahi Azərbaycanlı” sənədli filmi nümayiş etdirilib (FOTO)
Azərbaycanda 9 May - faşizm üzərində Qələbə Günü qeyd olunur
Azərbaycanda bayram tətili başlayıb
Mayın 16-dək Azərbaycanda ictimai nəqliyyat işləməyəcək
Bakıda bağlı qapı arxasında qalan iki azyaşlı xilas edilib
Milli Gimnastika Arenasının zalı heyrətamiz dərəcədə gözəldir - rusiyalı idmançı
Mingəçevir Dövlət Universitetində “İşğaldan azad olunmuş Azərbaycan ərazilərinin ekoloji vəziyyəti” mövzusunda nəzəri-praktiki seminar keçirilib (FOTO)
Ramazanın 26-cı gününün duası - İmsak və iftar vaxtı
İran yük avtomobilləri Qarabağa yük daşımır - İran səfirliyi
Mingəçevir Dövlət Universitetinin tələbə gəncləri ulu öndər Heydər Əliyevə həsr olunmuş tədbir keçirib (FOTO)
Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun qalib və mükafatçılarının mükafatlandırılma mərasimi keçirilib (FOTO)
Ramazan bayramı ilə əlaqədar may ayı üzrə pensiyaların ödənişi vaxtından əvvəl başa çatdırılıb
Gimnastlarımız üç halqa və iki cüt gürzlərlə hərəkətlərdə Dünya Kubokunun finalına çıxıb (FOTO)
Bu gün Şuşa azaddır və bir daha bizdən ayrılmayacaq - Şuşa sakini danışır
MDU-da ümummilli lider Heydər Əliyevə həsr olunan mühazirələr keçirilib (FOTO)
Mingəçevir Dövlət Universitetinin əməkdaşları şəhid ailələrini ziyarət ediblər
Liderlik zirvəsini fəth edən Dahi
Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri azalıb
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsi yad edilib
Azərbaycan gimnastları çox güclüdür - Qazaxıstanlı gimnast
Qarabağ Dirçəliş Fondu əlavə dəyər vergisindən azad olunub
Bakıdakı Dünya Kuboku mənim ən sevimli yarışlarımdan biri oldu - Zöhrə Ağamirova
1992-ci il 8 mayında Şuşa satqınlığın və xainliyin qurbanı oldu - Deputat
Dövlət Neft Şirkətinin strukturu təkmilləşdirilir
TRT Qarabağla bağlı sənədli film hazırlayır
Dünya Kubokunda gürzlərlə hərəkətlərdə finalçılar müəyyənləşib
Aİİ-də “Ulu öndər Heydər Əliyevin Azərbaycanın inkişafı naminə xidmətləri” mövzusunda videokonfrans keçirilib (FOTO)
Azərbaycan gimnastı Zöhrə Ağamirova Dünya Kubokunda finala çıxıb
Bakıda təhsil müəssisələrinin tikintisi, təmiri və bərpasına iyirmi milyon manat ayrıldı - SƏRƏNCAM
Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətləri var - Tahir Budaqov
Prezident İlham Əliyev Şuşada yeni ümumtəhsil məktəbinin tikintisinə üç milyon manat ayırdı
Yol qovşağında yenidənqurma işləri aparılır (FOTO)
AQTA quş qripi ilə bağlı Dövlət Gömrük Komitəsinə müraciət edib
Şuşada istilik təchizatının qurulması üçün bir milyon manat ayrıldı - SƏRƏNCAM
Bakıda bizi mehribanlıqla qarşılayırlar - Ukraynalı gimnast
Qələbənin 76-cı ildönümü münasibətilə Azərbaycan Ordusunda iməcilik keçirilib (FOTO/VİDEO)
Ro-Pax tipli "Azərbaycan" gəmi-bərəsi Qazaxıstana çatıb (FOTO)
Hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ edildi
Suvarmada olan çətinliklərin aradan qaldırılması ilə bağlı tapşırıq verilib (FOTO)
"Azəriqaz" bayram günlərində də fəaliyyətini davam etdirəcək
Mayın 16-na olan USD/AZN rəsmi məzənnəsi
Tibb müəssisələrində yoxlamalara başlanılıb
Lənkəranda 50 hektardan çox sitrus bağı salınıb (FOTO)
Müdafiə Nazirliyi Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri ilə bağlı VİDEO hazırlayıb
İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım ödənilib
Yaxın 3 ayda müəllimlərin sertifikasiyası gözlənilmir - RƏSMİ
Növbəti illərdə şagird sayında azalmalar ola bilər - Təhsil naziri
“Azərpambıq ASK” MMC-nin işi məhkəməyə göndərildi
Azərbaycanda peyvənd olunan təhsil işçilərinin sayı açıqlanıb
Saatlıda karantin qaydalarını pozan çayxana aşkarlanıb
Xəzər rayonu rəhbərliyi və ictimaiyyət nümayəndələri Binədə yeni qurulan Şəhidlər xiyabanını ziyarət ediblər (FOTO)
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
Azərbaycanda 1720 nəfər COVID-19-dan sağalıb, 649 nəfər yoluxub
Əyani tədrisin qismən bərpa olunması qərarı aparılan təhlillərdən sonra verilib - Nazir
Şuşa alimlərin, sənətkarların doğulub boya-başa çatdığı elm və mədəniyyət mərkəzidir - Komitə sədri
“Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının nəzərinə
120 minə yaxın təhsil işçisi vaksinasiyadan keçib
Bu il 50 mindən artıq müəllimliyə namizəd işə qəbulla bağlı müsabiqəyə qatılacaq - Emin Əmrullayev
Energetika Nazirliyi Ulu Öndərin anadan olmasının 98-ci ildönümü münasibətilə ağacəkmə aksiyası keçirib (FOTO)
Şəhid ailələri və müharibə əlillərinə daha 40 mənzil təqdim olundu (FOTO)
X-XI siniflər hələ də distant formada tədrisə davam edəcək - Təhsil naziri
Bədii gimnastika üzrə Dünya Kubokunun ikinci günündə maraqlı anlar (FOTO)
Naxçıvan Qarnizonu Qoşunlarında gənc əsgərlərin andiçmə mərasimləri keçirilib (FOTO/VİDEO)
Azərbaycan gimnastlarının Dünya Kubokunun ikinci günündə NƏTİCƏLƏRİ (FOTO)
Bakıda yarışlar hər zaman ən yüksək səviyyədə keçir - Sloveniyalı gimnast
Külək və yağışla bağlı XƏBƏRDARLIQ
Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş SİYAHISI
Qalib Sərkərdə strategiyasının əməli sübutu – qalibiyyətə aparan möhtəşəm yol
Sənaye və məişət tullantıları ilə bağlı 650 nəfər barəsində tənbeh tədbiri görülüb
Artıq 8 may ağrısı ilə deyil, 8 noyabr qüruru ilə yaşayırıq – Politoloq
Balakəndə əməliyyat, polis narkobaronu yaxaladı
Bu il Azərbaycanda yol qəzalarında həlak olanların sayı açıqlanıb
AHİK daha 5000 ailəyə ərzaq sovqatı göndərib (FOTO)
Qadın cəzaçəkmə müəssisəsində nöqsanlar aşkarlanıb, müəssisə rəhbəri işdən azad edilib
Suraxanıda nişan mərasimi keçirən 57 nəfər cərimələndi (FOTO)
Birinci vitse-prezident Mehriban Əliyeva: Bu gün Şuşa azaddır! (VİDEO)
Mingəçevir Dövlət Universitetinin tələbəsi adlı təqaüdə layiq görülüb (FOTO)
AHİK rəhbərliyi Fəxri xiyabana gedərək Ulu Öndərin xatirəsini yad ediblər (FOTO)
Ermənilərin faşizm ideologiyasını əbədiləşdirməsi dünya üçün bir bəladır - İsrailli ekspert
Son 2 ayda azad olunan ərazilərdə 10 yeni hərbi hissə fəaliyyətə başlayıb (FOTO)
Bakı Ali Neft Məktəbinin Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş Elmi Konfransları başa çatır (FOTO)
“Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” filminin nümayişi təşkil olunub (FOTO)
"Azərişıq" gücləndirilmiş iş rejiminə keçdi
CBC radiosunun Qarabağda yayımı başlayıb
Xaçmaz RİH başçısı İkinci dünya müharibəsi iştirakçısını evində ziyarət edib (FOTO)
Xəritələrin verilməməsi minatəmizləmə işini ləngidir: Yeni avadanlıqlar gətiriləcək - Trend TV-nin Füzulidən REPORTAJI
Milli Qəhrəman Albert Aqarunovun anım mərasimi keçirilib (FOTO)
Keçmiş məhkum külli miqdarda narkotiklə saxlanılıb (FOTO/VİDEO)
Keçmiş bələdiyyə sədri barədə cinayət işi məhkəməyə göndərilib
Bütün xəbərlər