...

Azərbaycanın AŞPA və ATƏT-dəki nümayəndə heyətlərinin tərkibi dəyişdirilir

Siyasət Materials 21 Dekabr 2015 13:23 (UTC +04:00)
Azərbaycanın Avropa Şurası Parlament Assambleyası və ATƏT-dəki nümayəndə heyətlərinin tərkibi dəyişdirilir.
Azərbaycanın AŞPA və ATƏT-dəki nümayəndə heyətlərinin tərkibi dəyişdirilir

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanın Avropa Şurası Parlament Assambleyası və ATƏT-dəki nümayəndə heyətlərinin tərkibi dəyişdirilir.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Trend-ə bildirib ki, nümayəndə heyətinin üzvlərindən elələri var ki, V çağırış Milli Məclisin üzvü seçilməyib: "Onların əvəzinə yeni üzvlər seçiləcək".

S.Seyidov bildirib ki, nümayəndə heyətinin yeni tərkibi AŞPA-nın yanvar sessiyasından əvvəl təsdiq edilib təşkilata göndəriləcək.

Azərbaycanın ATƏT-dəki nümayəndə heyətinin rəhbəri, Milli Məclisin vitse-spikeri Bahar Muradova da Trend-ə ATƏT-dəki nümayəndə heyətinin tərkibinə dəyişiklik ediləcəyini bildirib.

B.Muradova qeyd edib ki, nümayəndə heyətinin üzvü olanlardan bu seçkilərdə deputat seçilməyənlər var: "Bu baxımdan nümayəndə heyətinin tərkibinə dəyişiklik olunacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti