Bakı. Elçin Mehdiyev - Trend:
Milli Məclisin bu gün keçirilən plenar iclasında yeni İnzibati Xətalar Məcəlləsi qəbul edilib.
Trend-in məlumatına görə, 40 fəsil, 608 maddədən (əvvəlki 35 fəsil, 458 maddə idi) ibarət yeni Məcəllədə bir sıra sahələrdə cərimələrin sərtləşdirilməsi və digər yeniliklər nəzərdə tutulur.
Yeni Məcəllə 2016-cı il mayın 1-də qüvvəyə minəcək.