...

İlham Əliyev Myanma prezidentini təbrik edib

Siyasət Materials 3 Yanvar 2016 18:21 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Myanma İttifaqı Respublikasının prezidenti Theyn Seynə təbrik məktub ünvanlayıb
İlham Əliyev Myanma prezidentini təbrik edib

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Myanma İttifaqı Respublikasının prezidenti Theyn Seynə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Myanma İttifaqı Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Myanma xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti