...

Prezident İlham Əliyev xalq şairi Zəlimxan Yaqubun vida mərasimində iştirak edib (FOTO)

Siyasət Materials 11 Yanvar 2016 15:06 (UTC +04:00)
Yanvarın 11-də Təzəpir məscidində müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, xalq şairi Zəlimxan Yaqubun vida mərasimi keçirilib.
Prezident İlham Əliyev xalq şairi Zəlimxan Yaqubun vida mərasimində iştirak edib (FOTO)

Bakı. Trend:

Yanvarın 11-də Təzəpir məscidində müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, xalq şairi Zəlimxan Yaqubun vida mərasimi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Əvvəlcə Qurani-Kərimdən ayələr oxunub.

Dövlətimizin başçısı mərhumun ailə üzvlərinə başsağlığı verib.

Sonra xalq şairi Zəlimxan Yaqubun cənazəsi son mənzilə yola salınıb.

Vida mərasimində dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, mədəniyyət xadimləri iştirak ediblər.

Xalq şairi Zəlimxan Yaqub birinci Fəxri Xiyabanda dəfn olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti