...

20 Yanvar şəhidlərinin xatirəsi Xarkov şəhərində yad edilib (FOTO)

Siyasət Materials 19 Yanvar 2016 15:37 (UTC +04:00)
Azərbaycanın Xarkovdakı fəxri konsulluğunun təşəbbüsü ilə 20 Yanvar faciəsinin 26-ci il dönümü ilə bağlı anım mərasimi keçirilib. Trend-in məlumatına görə, anım mərasimində Xarkov Vilayət Dövlət Administrasiyasının rəsmiləri, diplomatlar, bir sıra ali təhsil ocaqlarını müəllimləri və tələbələri, diaspora fəalları və media təmsilçiləri iştirak ediblər.
20 Yanvar şəhidlərinin xatirəsi Xarkov şəhərində yad edilib (FOTO)

Azərbaycanın Xarkovdakı fəxri konsulluğunun təşəbbüsü ilə 20 Yanvar faciəsinin 26-ci il dönümü ilə bağlı anım mərasimi keçirilib. Trend-in məlumatına görə, anım mərasimində Xarkov Vilayət Dövlət Administrasiyasının rəsmiləri, diplomatlar, bir sıra ali təhsil ocaqlarını müəllimləri və tələbələri, diaspora fəalları və media təmsilçiləri iştirak ediblər.

Tədbirə qatılanlar ilk öncə dövlət müstəqilliyimiz uğrunda canlarını fəda etmiş qəhrəman oğul və qızlarımızın xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər. Mərasimdə Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov çıxış edərək, 26 il bundan öncə başda Mixail Qarbaçov olmaqla, o dövrkü, totalitar sovet rəhbərliyinin Azərbaycanda dinc əhaliyə qarşı həyata keçirtdikləri amansız qətliamlar haqqında ətraflı məlumat verib.

20 Yanvar gecəsində Azərbaycanın cəsur oğul və qızlarının göstərdiyi qəhrəmanlıq şücaətindən söz açan fəxri konsul, ölkəmizin informasiya blokadasına alındığı bir zamanda Ulu öndər Heydər Əliyevin Moskvada mətbuat konfransı keçirərək sovet imperiyasının Azərbaycan xalqına qarşı həyata keçirtdiyi hərbi siyasi cinayətin dünya ictimaiyyətinə çatdırılmasındakı tarixi xidmətlərindən danışıb. O,bu gün Azərbaycanın 20 faiz torpaqlarının erməni işğalı altında olduğunu diqqətə çatdıraraq, Prezident İlham Əliyevin əmrinə əsasən qüdrətli Azərbaycan ordusunun istənilən zaman torpaqlarımızı düşmən tapdağından azad etməyə hazır olduğunu vurğulayıb. Sonra anım mərasiminə qatılanlar Azərbaycan Televiziyasının hazırladığı "Qanlı yanvar" sənədli filminə baxmaqla 26 il bundan öncə totalitar sovet hakimiyyətinin Azərbaycanda həyata keçirtdiyi amansız qətliamlarla tanış olublar. Filmə baxdıqdan sonra kəskin ittihamlarla çıxış edən Xarkovticarət və İqtisadiyyat kollecinin prorektoru Nikolay Podarel, iqtisad elmləri doktoru Murad Ömərov, tarixçi alim Anatoli Kançarenko və digər rəsmi şəxslər 1990-ci ilin 20 yanvar gecəsində Azərbaycanda amansız qətliamlara rəvac verən o vaxtkı sovet rəhbərliyinin beynəlxalq məhkəmə qarşısında cavab vermələrinin vacibliyini vurğulayıblar.

Tarix boyu dövlət müstəqilliyi uğrunda mübarizə aparan Azərbaycan və Ukrayna xalqlarının böyük məşəqqətlərə məruz qaldıqlarını bildirən natiqlər, 26 il bundan öncə qanları bahasına dövlət müstəqilliyini qoruyub saxlayan Azərbaycan xalqına güc və müdriklik, işğal altında olan torpaqlarımızın isə tez bir zamanda geriyə qaytarılmasını arzulayıblar.Mərasimdə Azərbaycan xalqının şan və şərəf tarixi olan 20 yanvar hadisələrinin dünya durduqca qəhrəmanlıq təcəssümü kimi xatırlanacağı bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti