Bakı. Elçin Mehdiyev - Trend:
Yanvarın 24-25-də ATƏT Parlament Assambleyasının prezidenti İlkka Kanerva Azərbaycana səfər edəcək.
Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib.
B.Muradova bildirib ki, İ.Kanerva səfəri çərçivəsində Azərbaycan Parlamentində və digər rəsmi orqanlarda yüksək səviyyəli görüşlər keçirəcək: "Bu, Azərbaycana Dağlıq Qarabağ münaqişəsinin həlli və digər məsələlərlə bağlı mövqeyini çatdırması baxımından gözəl imkan olacaq".