...

ATƏT PA: Azərbaycan Avropa üçün böyük əhəmiyyət kəsb edən ölkədir

Siyasət Materials 25 Yanvar 2016 12:08 (UTC +04:00)
ATƏT ilə Azərbaycan arasında mühüm əməkdaşlıq mövcuddur.
ATƏT PA: Azərbaycan Avropa üçün böyük əhəmiyyət kəsb edən ölkədir

Bakı. Elçin Mehdiyev - Trend:

ATƏT ilə Azərbaycan arasında mühüm əməkdaşlıq mövcuddur.

Trend-in məlumatına görə, bunu ATƏT PA-nın vitse-prezidenti Georgi Tsereteli jurnalistlərə bildirib.

Vitse-prezident qeyd edib ki, ATƏT PA Azərbaycandakı seçkiləri müşahidə edən ən başlıca təşkilat olub: "Bu missiyanın səfəri zamanı da danışıqlar nəticəsində əməkdaşlığımızı daha da inkişaf etdirəcəyik. Azərbaycan Avropa üçün böyük əhəmiyyət kəsb edən ölkədir".

G.Tsereteli əlavə edib ki, bu səfər cərçivəsində münasibətlərdə irəliləyişlər baş verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti