...

Gənclər üçün Prezident mükafatları verilib (SİYAHI)

Siyasət Materials 29 Yanvar 2016 18:24 (UTC +04:00)
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Gənclər üçün Prezident mükafatları verilib (SİYAHI)

Bakı. Trend:

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, Azərbaycan Respublikasında gənclər siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilsinlər:

Abdullayev Əkrəm Kamal oğlu
Qürbətov Faiq Akif oğlu
Mehdiyev Nurəddin Səftər oğlu
Orucov Seymur Vaqif oğlu
Seyidzadə Şahin Kamil oğlu

Dövlət başçısı, həmçinin 2016-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Gənclər üçün Prezident mükafatına namizədlərin seçilməsi üzrə Ekspert Komissiyasının təklifinə əsasən mədəniyyət, elm, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən aşağıdakı şəxslərə 2016-cı il Gənclər üçün Prezident mükafatları verilsin:

Aslanov Elvin Namiq oğlu
Əliyev Ramiz Təvəkkül oğlu
Hoca Qəniyev Elvin Xeyrəddin oğlu
Məlikov Elvin Yaşar oğlu
Məmmədova Fəxriyyə Tahir qızı
Nəcəfli Nərmin Etibar qızı

Məqalədə:
Xəbər lenti

Xəbər lenti