...

Azərbaycan ilə Bolqarstan arasında əlaqələrin perspektivləri müzakirə olunub

Siyasət Materials 6 Fevral 2016 11:11 (UTC +04:00)
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini, Azərbaycan-Bolqarstan Parlamentlərarası Dostluq Qrpunun sədri Rauf Əliyev Azərbaycanın Bolqarstana yeni təyin olunmuş səfiri Nərgiz Qurbanova ilə görüşüb.
Azərbaycan ilə Bolqarstan arasında əlaqələrin perspektivləri müzakirə olunub

Bakı. Trend:

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini, Azərbaycan-Bolqarstan Parlamentlərarası Dostluq Qrpunun sədri Rauf Əliyev Azərbaycanın Bolqarstana yeni təyin olunmuş səfiri Nərgiz Qurbanova ilə görüşüb.

Trend-in məlumatına görə, görüşdə Azərbaycan ilə Bolqarstan arasındakı mövcud əlaqələrin vəziyyəti və perspektivləri müzakirə olunub.

Bildirilib ki, iki ölkə arasındakı əlaqələr bütün sahələrdə yüksələn xətlə inkişaf edir.

2015-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarstana səfəri zamanı iki ölkə arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalndığı qeyd olunub və məhs bu Bəyannamə ilə münasibətlərin yeni səviyyəyə qalxdığı vurğulanıb.

Görüşdə Azərbaycanla Bolqarstan arasında energetika, kənd təsərrüfatı, yüngül sənaye, turizim, idman və mədəniyyət sahələrində əlaqələrin daha da genişləndirilməsi üçün böyük potesialın olduğu qeyd olunub.

Yeni təyin olunmuş səfr bildirib ki, səfirlik öz fəaliyyətində bu potesialdan istifadə edərək iki dövlət arasında əlaqələrin daha da inkişaf etdirilməsi, xalqlar arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi istiqamətində işləri daha da gücləndirəcəklər.

R.Əliyev ölkələr arasında əlaqələrin inkişafında parlamentlərin rolundan danışıb, bu münasibətlərin Azərbaycan-Bolqarstan əməkdaşlığının inkişafına müsbət təsir edəcəyini qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti