...

Aşıq Ulduza Prezidentin fərdi təqaüdü verilib

Siyasət Materials 1 Mart 2016 16:18 (UTC +04:00)
Prezident İlham Əliyev Ulduz Quliyevaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Aşıq Ulduza Prezidentin fərdi təqaüdü verilib

Bakı. Trend:

Prezident İlham Əliyev Ulduz Quliyevaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, Azərbaycan aşıq sənətinin inkişafında xidmətlərinə görə Ulduz Əsgər qızı Quliyevaya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti