...

Elmar Məmmədyarov Braziliya Senatının komitə sədri ilə görüşüb

Siyasət Materials 3 Mart 2016 18:59 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Braziliya Federativ Respublikası Milli Konqresinin Federal Senatının komitə sədri, Braziliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Kristovam Buarkeni qəbul edib.
Elmar Məmmədyarov Braziliya Senatının komitə sədri ilə görüşüb

Bakı. Trend:

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Braziliya Federativ Respublikası Milli Konqresinin Federal Senatının komitə sədri, Braziliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Kristovam Buarkeni qəbul edib.

XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan və Braziliya arasında siyasi dialoqun inkişafından məmnunluq ifadə olunaraq, iqtisadi-ticarət əlaqələrinin təşviqi üçün geniş potensialın olduğu vurğulanıb.

Parlamentlərarası diplomatiyanın dövlətlərarası əlaqələrin inkişafında mühüm rola malik olduğu qeyd olunaraq, iki ölkə arasında parlamentlərarası dostluq qrupunun fəaliyyəti təqdir edilib.

Azərbaycanın tolerantlıq ənənələri, dinlər və mədəniyyətlərarası dialoqa verdiyi töhfələrini qeyd edən K.Buarke 25-27 aprel 2016-cı il tarixində Bakıda keçiriləcək BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun əhəmiyyətini vurğulayıb.

E.Məmmədyarov Azərbaycanın Braziliya əməkdaşlığın inkişafına önəm verdiyini və yüksək səviyyəli qarşılıqlı səfərlərin əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynadığını qeyd edib.

Görüşdə dinlər və mədəniyyətlərarası dialoqun genişləndirilməsi, qabaqcıl təcrübələrin öyrənilməsi və parlament nümayəndələrinin bu prosesdə rolunun artırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti