...

Azərbaycan xarici işlər naziri Çinə səfər edəcək

Siyasət Materials 13 Mart 2016 18:01 (UTC +04:00)
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov 13-14 mart tarixlərində Çin Xalq Respublikasına işgüzar səfər edəcəkdir.
Azərbaycan xarici işlər naziri Çinə səfər edəcək

Bakı. Trend:

Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov 13-14 mart tarixlərində Çin Xalq Respublikasına işgüzar səfər edəcəkdir.

Trend-in məlumatın görə, səfər çərçivəsində Elmar Məmmədyarov Şanxay Əməkdaşlıq Təşkilatının rəhbərliyi ilə görüşlər keçirəcək və Azərbaycan Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının Dialoq üzrə Tərəfdaşı statusunun verilməsinə dair Memorandumu imzalayacaqdır.

Həmçinin, səfər əsnasında nazir Elmar Məmmədyarovun Çin Xalq Respublikasının bir sıra rəsmi şəxsləri ilə görüşləri də nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti