...

Rob Sübhani: Nüvə Təhlükəsizliyi Sammitinə dəvət Azərbaycanın strateji əhəmiyyətini göstərir

Siyasət Materials 29 Mart 2016 20:07 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Barak Obama tərəfindən Vaşinqtonda IV Nüvə Təhlükəsizliyi Sammitində iştraka dəvət edilməsi Azərbaycanın strateji vacibliyini, onun dini tolerantlığını, islahatlara yönəlmiş iqtisadiyyatını və Böyük Yaxın Şərq hüdudlarında yüksələn ulduzun nüfuzunu əks etdirir.
Rob Sübhani: Nüvə Təhlükəsizliyi Sammitinə dəvət Azərbaycanın strateji əhəmiyyətini göstərir

Bakı. Yelena Kosolapova - Trend:

Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Barak Obama tərəfindən Vaşinqtonda IV Nüvə Təhlükəsizliyi Sammitinə dəvət edilməsi Azərbaycanın strateji əhəmiyyətini, onun dini tolerantlığını, islahatlara yönəlmiş iqtisadiyyatını və Böyük Yaxın Şərqin hüdudlarında yüksələn ulduzun nüfuzunu əks etdirir. Bunu Trend-ə ABŞ-ın "Caspian Group Holdings" şirkətinin baş direktoru Rob Sübhani deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Vaşinqtona dəvət edilməsi, ən əsası, Azərbaycanın dünya arenasında önəminə işarədir: "Azərbaycan artıq sovet respublikası deyil, millətlər cəmiyyətində etimad qazanmış və etibarlı tərəfdaşdır".

R.Sübhaninin fikrincə, Prezident İlham Əliyevin qonşular, onların iddiaları və rəqabət aparan maraqları arasında balansın saxlanılmasına yönəldilmiş müdrik xarici siyasəti bu dəvət üçün daha bir səbəbdir.

O vurğulayıb ki, Azərbaycan təməldə mövcud olan gərginliyə baxmayaraq, İran İslam Respublikası və Rusiya ilə normal əlaqələr saxlayır.

R.Sübhani xatırladıb ki, Azərbaycan erməni işğalına rəğmən, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinə sadiqdir: "Münaqişəni sülh yolu ilə həll etmək arzusunu Vaşinqtonda qiymətləndirirlər. Bu nümayiş etdirir ki, İlham Əliyev ölkəyə məsuliyyətlə rəhbərlik edir. Prezident İlham Əliyevin sayəsində baharın gəlişi ilə çiçək açan gül kimi Azərbaycan dünyanın güclü dövlətinə çevrilməklə çiçəkləndi".

Qeyd edək ki, Vaşinqtonda Nüvə Təhlükəsizliyi Sammiti 31 mart - 1 aprel tarixlərində keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti