...

Hərbi-texniki, təhlükəsizlik sahələrində ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub (FOTO)

Siyasət Materials 30 Mart 2016 09:47 (UTC +04:00)
Misirin Müdafiə Nazirliyinin Sərhəd Qoşunlarının komandanı general-mayor Əhməd İbrahim Məhəmməd İbrahimin başçılığı altında nümayəndə heyəti martın 28-də Azərbaycana rəsmi səfərə gəlib.
Hərbi-texniki, təhlükəsizlik sahələrində ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub (FOTO)

Bakı. Trend:

Misirin Müdafiə Nazirliyinin Sərhəd Qoşunlarının komandanı general-mayor Əhməd İbrahim Məhəmməd İbrahimin başçılığı altında nümayəndə heyəti martın 28-də Azərbaycana rəsmi səfərə gəlib.

Bu barədə Trend Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzinə istinadən məlumat verir.

Səfər çərçivəsində nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarları önünə əklil qoyaraq onların ruhuna hörmət və ehtiramlarını bildirib, sonra Şəhidlər Xiyabanını ziyarət edərək Azərbaycanın müstəqilliyi uğrunda həlak olanların xatirəsini yad ediblər.

Martın 29-da DSX-nın Aparatında general-mayor Əhməd İbrahim Məhəmməd İbrahimin təntənəli qarşılanma mərasimi keçirilib.

Geniş tərkibdə keçirilən görüş zamanı Azərbaycan və Misir arasında dostluq münasibətləri məmnunluq hissi ilə qeyd olunub, hərbi-texniki, təhlükəsizlik sahələrində ikitərəfli əməkdaşlığın perspek­tivlərinə dair fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq kəsb edən istiqamətlər üzrə əməkdaşlığın həyata keçirilməsinin, təcrübə mübadiləsinin zəruriliyi vurğulanıb.

Azərbaycanın dövlət sərhədin­dəki əməliyyat şəraiti və möv­cud təhdidlərdən danışan DSX-nın rəisi - Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20%-nin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalmasını, işğal olunmuş ərazilərin transsərhəd cinayətkar fəaliyyətlər üçün istifadə olunmasını, mövcud vəziyyətin sərhəd təhlükəsizliyinə əsas təhdid olduğunu qeyd edib, həmçinin sərhəd mühafizə sisteminin təkmilləşdirilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi üzrə görülmüş işlər və əldə olunmuş nailiyyətlər barəsində Misir nümayəndələrinə ətraflı məlumat verib.

Səfər müddətində nümayəndə heyətinin DSX-nın struktur bölmələrində olması, Müdafiə Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Fövqəladə Hallar Nazirliyində qəbul edilməsi, eləcə də Müdafiə Sənayesi Nazirliyinin istehsalat müəssisələrinin fəaliyyəti ilə tanışlığı nəzərdə tutulur.

Səfər çərçivəsində Misir nümayəndə heyəti Bakı şəhərinin mədəni-tarixi yerlərini ziyarət edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti