...

Rusiya XİN: Bəzi rusiyalı jurnalistlər Dağlıq Qarabağ münaqişəsini qeyri-obyektiv işıqlandırıblar (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 6 Aprel 2016 16:46 (UTC +04:00)
Bəzi rusiyalı jurnalistlər Dağlıq Qarabağ münaqişəsini qeyri-obyektiv işıqlandırıblar.
Rusiya XİN: Bəzi rusiyalı jurnalistlər Dağlıq Qarabağ münaqişəsini qeyri-obyektiv işıqlandırıblar (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 14:46-da yayılıb)

Moskva. Orxan Yolçuyev - Trend:

Bəzi rusiyalı jurnalistlər Dağlıq Qarabağ münaqişəsini qeyri-obyektiv işıqlandırıblar. Trend-in xüsusi müxbirinin məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Mariya Zaxarova deyib.

O, "Lifenews" əməkdaşının Azərbaycandan çıxarılması barədə sualı cavablandırarkən bildirib: "Mən Dağlıq Qarabağ münaqişəsini işıqlandıran rusiyalı jurnalistlərin yolverilməz reportajlarını gördüm. Jurnalistlər obyektiv olmalıdır və tərəf tutmamalıdırlar. Çox vaxt belə reportajlar tərəflərin barışması əvəzinə, onlarda bir-birinə qarşı nifrət oyadır".

M.Zaxarovanın sözlərinə görə, KİV anlamalıdır ki, söhbət xeyli sayda insanın öldüyü uzunmüddətli münaqişədən gedəndə obyektiv informasiya vermək lazımdır: "Müstəqil olan KİV söhbət münaqişənin kəskin fazasından gedəndə hər hansı tərəfi tutmamalı olduğunu başa düşməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti