...

Kəmaləddin Heydərov Beynəlxalq Atom Enerjisi Agentliyinin nümayəndə heyəti ilə görüşüb

Siyasət Materials 14 Aprel 2016 15:15 (UTC +04:00)
Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov aprelin 14-də Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktorunun müavini Dazhu Yanqın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Kəmaləddin Heydərov Beynəlxalq Atom Enerjisi Agentliyinin nümayəndə heyəti ilə görüşüb

Bakı. Trend:

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov aprelin 14-də Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktorunun müavini Dazhu Yanqın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qonaqları səmimiyyətlə salamlayan K.Heydərov bildirib ki, FHN yarandığı ilk gündən BAEA ilə sıx və faydalı əməkdaşlıq edir. Nazirliyin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi, "İzotop" xüsusi kombinatının fəaliyyəti haqqında ətraflı məlumat verən nazir BAEA ilə bir sıra əhəmiyyətli layihələrin uğurla həyata keçirildiyini xüsusi vurğulayıb.

Səmimi görüşə görə təşəkkürünü bildirən BAEA baş direktorunun müavini D.Yanq FHN ilə əməkdaşlığın yüksək səviyyəsindən məmnunluğunu ifadə edib, yeni layihələrin həyata keçirilməsi sahəsində geniş potensialın olduğunu qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, səfər zamanı BAEA-nın nümayəndə heyəti FHN-in "İzotop" xüsusi kombinatında da olub, kombinatın fəaliyyəti ilə tanış olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti