...

Türkiyə Prezidenti Azərbaycana gələcək

Siyasət Materials 18 Aprel 2016 10:32 (UTC +04:00)
Aprelin 25-27-də Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edəcək.
Türkiyə Prezidenti Azərbaycana gələcək

Bakı. İlhamə İsabalayeva - Trend:

Aprelin 25-27-də Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edəcək.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, forum "İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd" devizi altında keçiriləcək.

Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Prezidentinin 2015-ci ilin 24 iyul tarixli Sərəncamına əsasən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 25-27 aprel 2016-cı il tarixində Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti