...

Nassir Abdulaziz Al-Nasseri: Azərbaycan dünyada dialoqun və tolerantlığın inkişaf etdirilməsinə həmişə sadiq qalıb

Siyasət Materials 22 Aprel 2016 19:00 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan mədəniyyətlərarası inteqrasiya yolu ilə dünyada dialoqun və tolerantlığın inkişaf etdirilməsi ənənəsinə həmişə sadiq qalıb.

Trend-in məlumatına görə, bunu BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasseri jurnalistlərə açıqlamasında bildirib.

O bildirib ki, BMT-nin Sivilizasiyalar Alyansı Azərbaycanla bu sahədə əməkdaşlıq etməkdən məmnundur: "Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansı 7-ci Qlobal Forumuna ev sahibliyi edir və biz bunu yüksək qiymətləndiririk".

O deyib ki, Azərbaycan dünyada mədəniyyətlərarası dialoqun, qarşılıqlı anlaşmanın və tolerantlığın inkişaf etdirilməsi kimi vacib bir işə mühüm töhfə verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti