...

Suriyada törədilən silahlı hücumda beş təhlükəsizlik işçisi həlak olub

Dünya xəbərləri Materials 3 Avqust 2025 15:09 (UTC +04:00)

Bakı. Trend:

Suriyanın keçid hökumətinin təhlükəsizlik qüvvələrinin ən azı 5 üzvü Əs-Suveyda vilayətində silahlı hücum nəticəsində həlak olub.

Trend-in məlumatına görə, bu barədə "Al Jazeera" televiziya kanalı mənbələrə istinadən xəbər verib.

Məlumata əsasən, Tel Hadid kəndi üzərində nəzarəti ələ alan silahlı dəstələr Suriyanın müvəqqəti hökumətinin təhlükəsizlik qüvvələrinə hücum edib. Beş təhlükəsizlik işçisi hücumun qurbanı olub.

Hadisə ilə bağlı əlavə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti