...

İlham Əliyev: Azərbaycanda xalq-iqtidar birliyi inkişafımızın əsas şərti, sabitliyin əsas amilidir

Siyasət Materials 9 May 2016 15:53 (UTC +04:00)
"Azərbaycanda xalq-iqtidar birliyi inkişafımızın əsas şərti, sabitliyin əsas amilidir".
İlham Əliyev: Azərbaycanda xalq-iqtidar birliyi inkişafımızın əsas şərti, sabitliyin əsas amilidir

Bakı. Trend:

"Azərbaycanda xalq-iqtidar birliyi inkişafımızın əsas şərti, sabitliyin əsas amilidir". Bunu Prezident İlham Əliyev Mayın 9-da Heydər Əliyev Mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü və faşizm üzərində Qələbənin 71 illiyi münasibətilə təşkil edilən rəsmi qəbulda deyib.

Azərbaycanın öz tarixi keçmişinə böyük hörmətlə yanaşdığını bildirən dövlətimizin başçısı müstəqilliyimizin ilk illərində 9 May - Qələbə Gününün qeyd olunmadığını təəssüflə bildirdi və yalnız ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəlişindən sonra bu bayramın xalqa qaytarıldığını vurğuladı.

Sabah Ulu Öndərin anadan olmasının 93-cü ildönümünün qeyd ediləcəyini deyən Prezident İlham Əliyev ümummilli liderin Azərbaycan naminə gördüyü işlərdən danışdı, Heydər Əliyevin səyləri nəticəsində Azərbaycanın həm Sovet İttifaqı dövründə, həm də müstəqillik illərində inkişaf etdiyini xatırlatdı. Dövlətimizin başçısı Ulu Öndərin hakimiyyətdə olduğu illərdə hər zaman milli dəyərlərin, milli mədəniyyətin təbliğ olunduğunu və diqqət mərkəzində saxlanıldığını qeyd etdi.

Dövlətimizin başçısı 1990-cı illərin əvvəlində Azərbaycanda hökm sürən siyasi və iqtisadi böhrandan danışdı, Ulu Öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycanın dinamik inkişafa qədəm qoyduğunu, Azərbaycançılıq məfkurəsinin formalaşdığını, çoxmillətli, çoxkonfessiyalı cəmiyyətin inkişaf prosesinin başlandığını qeyd etdi. Bildirdi ki, Heydər Əliyev müstəqil Azərbaycanın banisidir.

"Azərbaycanda xalq-iqtidar birliyi inkişafımızın əsas şərti, sabitliyin əsas amilidir", - deyən Prezident İlham Əliyev siyasətimizin mərkəzində Azərbaycan vətəndaşının, onun qayğılarının dayandığını bildirdi. Qeyd etdi ki, dünyadakı iqtisadi böhrana baxmayaraq, Azərbaycan bütün məsələlərin öhdəsindən uğurla gəlir. Çünki iqtisadiyyatın şaxələndirilməsi sahəsində siyasət davam edir, "Əsrin müqaviləsi" çərçivəsində aparılan işlər iqtisadi gücümüzü artırır. Neft-qaz sahəsində reallaşdırılan irimiqyaslı layihələri xatırladan dövlətimizin başçısı hazırda bu istiqamətdə əlavə tədbirlərin görüldüyünü qeyd etdi.

Prezident İlham Əliyev bildirdi ki, bu gün beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınan və fəaliyyətinə böyük rəğbətlə yanaşılan Azərbaycan mötəbər beynəlxalq tədbirlərin təşkilatçısıdır. Bu isə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına xidmət edir. Çünki ölkəmizə gələn qonaqlar bu həqiqətləri öz gözləri ilə görürlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti