...

İlham Əliyev İsrail Prezidentini təbrik edib

Siyasət Materials 11 May 2016 18:22 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti Reuven Rivlinə təbrik məktubu ünvanlayıb.
İlham Əliyev İsrail Prezidentini təbrik edib

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev İsrail Dövlətinin Prezidenti Reuven Rivlinə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "İsrail Dövlətinin milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, ölkələrimiz arasında daim genişlənən dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İsrail xalqına sülh və rifah diləyirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti