...

MKİ-nin sabiq analitiki: Ermənistanda bəzi radioaktiv ehtiyatlar ola bilər

Siyasət Materials 12 May 2016 15:41 (UTC +04:00)
Ermənistanda dünyanın bu və ya digər hissəsini yaşayış üçün yararsız edə biləcək yüksək zənginləşdirilmiş radioaktiv elementlərin bəzi ehtiyatları ola bilər.
MKİ-nin sabiq analitiki: Ermənistanda bəzi radioaktiv ehtiyatlar ola bilər

Bakı. Anaxanım Hidayətova - Trend:

Ermənistanda dünyanın bu və ya digər hissəsini yaşayış üçün yararsız edə biləcək yüksək zənginləşdirilmiş radioaktiv elementlərin bəzi ehtiyatları ola bilər.

Bunu Trend-ə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və Dövlət Departamentinin sabiq analitiki, publisist Pol Qobl Ermənistanın sabiq Baş naziri, deputat Qrant Baqratyanın ölkənin nüvə silahı olması barədə bəyanatını şərh edərkən deyib.

Onun sözlərinə görə, sovet dövründə belə radioaktiv materialların saxlandığı çoxlu yerlər olub və yəqin ki, onların müəyyən hissəsi Ermənistanda saxlanılır.

P.Qobl Ermənistanın nüvə silahı olmasına və ya onun gələcəkdə istehsalı imkanına şübhə ilə yanaşır: "Hətta nüvə silahına malik olmaqla bağlı söhbətlər təhlükəlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti