Azay Quliyev: Ermənistan Vyana görüşünün nəticələrinə hesablanmış pafoslu bəyanatlar verdi

Azay Quliyev: Ermənistan Vyana görüşünün nəticələrinə hesablanmış pafoslu bəyanatlar verdi

Bakı-Trend:

"Vyana görüşü ilə əlaqədar müxtəlif şərhlər və rəylər bildirilir. Ermənilər ənənəvi olaraq özlərinə sərf edən məqamları daha çox qabartmağa, görüşün nəticələrindən razı kimi görünməyə çalışır, heç bir əsası olmayan pafoslu çıxışlara yol verdilər".

Trend-in məlumatına görə, bunu mətbuata Vyana görüşünün nəticələrini şərh edərkən ATƏT Parlament Assambleyasının Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini, deputat Azay Quliyev deyib.

A.Quliyev bildirib ki, Azərbaycan rəsmiləri isə soyuqqanlı davranmağa üstünlük verdi və görüş haqqında qısa məlumat verməklə kifayətləndi: "Bəzi analitik şərhlərdə, sosial şəbəkələrdəki müzakirələrdə əsas məqamlara kifayət qədər diqqət yetirilmədiyini, nəzərdən qaçırıldığını müşahidə etdik. Əslində, qeyd ediləsi məqamlar var və hesab edirəm ki, bunlara aydınlıq gətirsək, mənzərə aydın olar. Əvvəla, görüşə hər iki tərəf konkret təkliflərlə getmişdi. Ermənistanın təklifi o idi ki, atəşkəs möhkəmlənsin, təmas xəttində baş verəcək insidentlər araşdırılsın, güc tətbiq etməməklə bağlı öhdəlik götürülsün. Aprel döyüşlərinin nəticələrinin diktəsi ilə keçirilən Vyana görüşünə Azərbaycan daha güclü və daha qətiyyətli tərəf kimi qatılmışdı və hamı ölkəmizdən məsələni sülh yolu ilə həll etməyi xahiş edirdi. Azərbaycanın isə konkret mövqeyi ondan ibarət idi ki, danışıqlar imitasiya xarakterli yox, konkret nəticələrə söykənən danışıqlar olmalı, yenilənmiş Madrid prinsipləri əsasında münaqişənin mərhələli həlli istiqamətində konkret addımlar atılmalı və böyük sülh sazişinin hazırlanmasına başlanılmalıdır.
Lakin təəssüflər olsun ki, bəzi mətbu orqanlarda verilən məlumatları və yazıları oxuyarkən belə təəssürat yaranır ki, sanki Ermənistanın təkliflərinə daha çox diqqət yetirilib, yəni danışıqlar yalnız insidentin araşdırılmasına və atəşkəsin əldə edilməsinə həsr olunub. Ümumiyyətlə, bizim üçün bu iki məsələ strateji baxımdan prinsipial məsələ deyil. Bizim üçün daha önəmli və daha ciddi üç prinsipial məsələ oldu ki, bunlara mütləq diqqət ayırmaq lazımdır".

A.Quliyevin fikrincə, birinci məsələ ondan ibarət idi ki, ilk dəfə Azərbaycan tərəfi konkret olaraq Ermənistana bir ay, yəni iyuna qədər düşünmək üçün vaxt verdi: "Bu barədə həm həmsədrlər, həm də xüsusilə Rusiya xarici işlər naziri Lavrov açıq bəyanatla çıxış etdi. Lavrovun bəyanatinda deyilir ki, "iyun ayında tərəflər görüşməlidirlər və Dağlıq Qarabağ probeminin nəhayət yekun həlli prosesinə başlanılmalıdır". Təkrar edirəm: "nəhayət, yekun həlli prosesi konkret müzakirə olunmalıdır". Bu, çox önəmli məqamdır. Bu, nə deməkdir? Burada nəticə ondan ibarətdir ki, Azərbaycan öz mövqeyini orada qəbul etdiribr və iyun ayınadək Ermənistana vaxt veririk. Əgər Ermənistan doğrudan da sülh istəyirsə, təmas xəttində insidentin olmasını istəmirsə, sülhün daimi olmasını arzulayırsa, konkret konstruktivlik nümayiş etdirməli və təklif olunan həll planını qəbul etməlidir. Əks halda danışıqların pozulmasının məsuliyyəti Ermənistanın üzərində qalacaqdır. Düşünürəm ki, bu Vyana görüşünün əsas nəticələrindən biridir".

A.Quliyev sonra qeyd edib: "İkinci mühüm məqam nədən ibarətdir? Rusiya Xarici işlər naziri Sergey Lavrov açıq şəkildə dedi ki, münaqişə mərhələli şəkildə həll olunmalıdır, hansı ki ermənilər indiyə qədər bunu istəmirdilər. Bilirsiniz ki, Ermənistan münaqişənin paket həll variantını məqbul sayırdı. Yəni, Dağlıq Qarabağın əvvəlcədən statusu müəyyənləşmədən, ona müstəqillik verilmədən və ya bu prosesin zəmanəti olmadan mərhələli həll variantını qəbul etmirdilər. Rusiya Xarici işlər nazirinin açqılamasından açıq mətnlə hiss olunur ki, münaqişənin mərhələli həll variantı əsas götürülür. Yəni, ən azı, 5+2 rayon ilkin mərhələdə azad olunacaq, Azərbaycanın məcburi köçkünləri həmin rayonlara və Dağlıq Qarabağa geri qayıdacaq, kommunikasiya, əlaqələr açılacaq və s. Yalnız bundan sonra üçüncü mərhələdə Dağlıq Qarabağın razılaşdırılmış hüquqi statusu müəyyənləşəcək".

A.Quliyev sonra üçüncü mühüm məqamı qeyd edərək bildirib ki, ATƏT-in hazırkı sədri Almaniyanın xarici işlər naziri Ştaynmayer çox açıq bəyanat verdi ki, biz status-kvonun nə qədər təhlükəli olduğunu və heç bir perspektivinin olmadığını qəbul etməliyik: "Bu da uzun illər Azərbaycanın, Prezident İlham Əliyevin səsləndirdiyi tələbdir. Biz status-kvonun saxlanmasını istəmirik. Status-kvonun dəyişməsi nə deməkdir? Bu o deməkdir ki, Ermənistan işğal etdiyi ərazilərdən çıxmalıdır".

Deputatın sözlərinə görə, sadalanan üç məqama görə Vyana görüşünün nəticələrini Azərbaycan üçün uğurlu hesab etmək olar: "Fikir verirsinizsə, Ermənistandan fərqli olaraq Azərbaycan tərəfi görüşun nəticələri haqqında daxili auditoriyaya hesablanmış pafoslu bəyanatlardan istifadə etmədi. Çünki buna bizim heç bir ehtiyacımız yoxdur. Bizə pafos yox, konkret nəticə lazımdır. Ancaq görünür ermənilər, xüsusilə Sarkisyan aprel döyüşlərində itirdiyi mövqeyini və nüfuzunu az da olsa bərpa etmək üçün atəşkəsin qorunması və insidentin araşdırılması ilə bağlı müddəaları daha çox qabardır. Əgər Sarkisyan bununla təskinlik tapırsa, qoy tapsın, biz ona etiraz etmirik".

“Qlobal Müdafiə Texnologiyaları Hakatonu”na start verilib
“Qlobal Müdafiə Texnologiyaları Hakatonu”na start verilib
“Azərbaycan Könüllülərinin III Həmrəylik Forumu”na start verildi (FOTO)
“Azərbaycan Könüllülərinin III Həmrəylik Forumu”na start verildi (FOTO)
Uşaqların müharibə cinayətlərinin qurbanı olması qəbulolunmazdır - UNİCEF-in icraçı direktoru
Uşaqların müharibə cinayətlərinin qurbanı olması qəbulolunmazdır - UNİCEF-in icraçı direktoru
Loading Bars
Xəbər lenti
ABŞ və Kanadanın Buxara Yəhudiləri Konqresinin prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib
Ali Baş Komandan Vətən Müharibəsində minimal itkilərlə zəfər qazanmaq strategiyasını uğurla həyata keçirdi - İsa Həbibbəyli
Özbəkistan mediası Ermənistanın Qarabağda törətdiyi ekoloji terrordan yazıb
Qusarda ağacların kəsilməsi ilə bağlı araşdırma aparılır
“Qlobal Müdafiə Texnologiyaları Hakatonu”na start verilib
“Azərbaycan Könüllülərinin III Həmrəylik Forumu”na start verildi (FOTO)
Uşaqların müharibə cinayətlərinin qurbanı olması qəbulolunmazdır - UNİCEF-in icraçı direktoru
Ceyhun Bayramov bolqarıstanlı həmkarı ilə telefonla danışıb
SOCAR Ukraynada fəaliyyətini genişləndirir
Pandemiya şəraitinin zəruri qayda və tələblərinə əməl edilməsi vacibdir - Nazirlik
Nyu-Yorkda Vətən müharibəsi şəhidləri anılıb
44 günlük müharibə bizə asan gəlsə də, bu, düşünüldüyü kimi deyil - Hərbi ekspert
ABŞ-da koronavirusa yoluxma rekordu qeydə alındı
Gömrük əməkdaşları Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini yad ediblər (FOTO)
Dağlıq Qarabağı dövlət kimi tanımaq qərarı verən parlament yalnız fransız nağıllarında yer ala bilər - Mustafa Şentop
Azərbaycan ordusu dünya reytinqlərində daha da irəliləyəcək - Deputat
Kəlbəcər rayonunun Yanşaq kəndi (VİDEO)
Dekabrın 7-də manatın dollara qarşı məzənnəsi
Ötən gün yol qəzalarında 4 nəfər ölüb
Səfir XİN-ə çağırıldı, Fransaya nota verildi
TÜRKPA-nın Baş katibi Prezident İlham Əliyevi təbrik edib
Serbiya Azərbaycana 170 milyon avro borcunu ödəyəcək
"Ural Hava Yolları" Rusiya vətəndaşlarının Azərbaycandan daşınmasını həyata keçirəcək
Türkiyədən Çinə hərəkət edən yük qatarı Bakı limanından keçəcək
Ceyhun Bayramov latviyalı həmkarı ilə telefonla danışıb
Azərbaycan qlobal çağırışlara həmişə töhfə verib - Deputat
Ceyhun Bayramov Belarusun səfiri Gennadi Axramoviç ilə görüşüb (FOTO)
Prezident İlham Əliyevin Fransaya tövsiyəsini mən də dəstəkləyirəm - Ərdoğan
Azərbaycanda bu məhsulların istehsalı artıb
Ankarada Azərbaycanın Vətən müharibəsinin şəhidləri yad edilib (FOTO)
Azərbaycanda 4 267 nəfər COVID-19-a yoluxdu, 2 566 nəfər sağaldı, 41 nəfər vəfat etdi
Şəhidlərin əziz xatirəsi Dövlət Miqrasiya Xidmətində də yad edilib (FOTO)
Hərbçilərimiz canları bahasına bu qələbəni əldə ediblər - Milix Yevdayev
Gəncədə din xadimləri şəhidlərin xatirəsini yad ediblər (FOTO)
İsmayıllıda koronavirus xəstəsinə cinayət işi başlanılıb
Türkiyəli nazir Qars logistika mərkəzinin tikintisi prosesi ilə tanış olacaq
Şəhidlərin xatirəsini yad etmək məqsədilə müntəzəm xətt avtobusların hərəkəti dayandırılıb - BNA
UNEC tələbələri Qarabağ şəhidlərini belə yad etdi: Davamçılarınızıq! (FOTO)
Şəkidə şəhidlərimizin xatirəsi yad edilib (FOTO)
Azərbaycanın böyük qələbəsini şərtləndirən əsas amillər
Birinci vitse-prezident Mehriban Əliyeva: Biz Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq
Əjdərbəy məscidində şəhidlərin xatirəsi anılıb
Azərbaycan Ordusunda Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb (FOTO/VİDEO)
Dağlıq Qarabağın kimə məxsus olduğu BMT qətnamələri ilə çoxdan müəyyən edilib - Peskov
Biz bütün Azərbaycanın dəstəyini hiss edirdik - Bədii gimnastika üzrə qrup komandasının üzvləri (FOTO)
İkinci Qarabağ müharibəsi Azərbaycan tarixində parlaq səhifədir - Aleksandr İşein
Ərazini tərk edən ermənilər məzarları dağıdıblar - “Amnesty International” Kəlbəcərdə (FOTO)
İranda sutka ərzində 347 nəfər koronavirusdan ölüb
Vətən yolunda canlarından keçən oğullarımız daim qəlbimizdədir - Milix Yevdayev (FOTO)
Azərbaycan şəhidlərinin xatirəsi Türkiyə və İranda da yad edilir
Azərbaycan hərbi əməliyyatları dəqiqliklə quraraq Ermənistandan daha az itki verdi - Deputat
Məni güllə altında sürüyərək ərazidən çıxardılar - Qarabağ qazisi
Siyəzəndə yaşadığı ünvanı tərk edən “COVİD-19” xəstəsi saxlanılıb (VİDEO)
Paşinyanın reytinqi kəskin düşüb
Heydər Əliyev Fondunun dəstəyi ilə şəhidlərə ithaf olunmuş "Əbədi zirvə" musiqi kompozisiyası hazırlanıb (VİDEO)
Olimpiya oyunlarının təxirə salınması Yaponiyaya 3 milyard dollara başa gələcək
Azərbaycan zəfər çalaraq tarixdə yeni səhifə açdı - Allahşükür Paşazadə
Dövlət Dəniz Agentliyində şəhidlərin əziz xatirəsi anılıb (VİDEO)
Fransa Senatının təşəbbüsü Avropa ölkələrində dəstəklənmir - Deputat
Yaşayış yerini tərk edən aktiv koronavirus daşıyıcıları barədə cinayət işi başlanılıb (FOTO/VİDEO)
"Şəhidlik yaxşı ölümdür" deyirdi - Şəhid Tural Rəhimov
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Şəhidlərimizin ruhu qarşısında baş əyir, ehtiramla yad edirik - Spiker
Heydər məscidində anım mərasimi keçirilib (FOTO)
Sabahın hava proqnozu açıqlanıb
Havanın temperaturu düşəcək, yağış, qar yağacaq - Xəbərdarlıq
Rusiyada koronavirusdan ölənlərin sayı 42 mini ötüb
FHN-in İdman-Sağlamlıq Mərkəzinin əməkdaşları şəhid ailəsini ziyarət ediblər (FOTO)
Azərbaycan xalqı Şəhidlər Xiyabanını ziyarət edir (FOTO)
Gəncə şəhərində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib (FOTO)
Bakıdakı pravoslav kafedral kilsəsində şəhidlərin anım mərasimi keçirilib (FOTO)
Doqquz Azərbaycan gimnastı bədii gimnastika üzrə Avropa çempionatından medalla qayıdıb - Mariana Vasileva
Nazirlik Xudayar Yusifzadənin ailəsi üçün ev tikəcək (FOTO)
Dağ Yəhudiləri İcmasında şəhidlərin xatirəsi anılıb (FOTO)
Ukrayna həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib - Həmsədr
Döyüşlərə 30 ilin həsrəti ilə atılmışdıq - Qarabağ qazisi
Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələri müzakirə olunub
AQTA 43 obyektdə koronavirusla bağlı qayda pozuntusu aşkarladı (FOTO)
Niderlandda Fransa Senatının və Belçika Parlamentinin qəbul etdiyi qətnamələrə etiraz aksiyası keçirilib
Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi (VİDEO)
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şəhidlərimizin xatirəsini yad ediblər (FOTO/VİDEO) (YENİLƏNİB)
Yaşayış yerini tərk edən aktiv koronavirus daşıyıcısı barədə cinayət işi başlanılıb (FOTO/VİDEO)
Ərdoğan və Ruhani Qarabağı müzakirə edib
Güclü dövlətin hərbçisi olmaq çox qürurvericidir - Qarabağ qazisi
Ötən gün 21 koronavirus xəstəsi ictimai yerlərdə saxlanılıb
Azərbaycan nefti 50 dollar həddinə yaxınlaşır
Fransa hökuməti Qarabağın müstəqilliyini tanımır - Fransa səfiri
Azərbaycanın qaz ixracında Türkiyə bazarının payı 79 faiz olub
Azərbaycanın Türkiyədən sement idxalı azalıb
Taksi fəaliyyəti ilə məşğul olan COVİD-19 xəstəsi saxlanılıb (FOTO)
Rusiyada təyyarə bir gündə iki dəfə təcili eniş etdi
Müəllimlərinə "Qarabağı biz alacağıq" deyib - Ad günündə dəfn edilən şəhid Nicat Tarverdiyev (FOTO)
Bakıda elektron əşya mağazalarından oğurluq edən saxlanılıb
Prezident İlham Əliyev şəhidlərimizlə bağlı paylaşım edib (FOTO)
Azərbaycan Prezidenti: BMT Təhlükəsizlik Şurasının qətnamələrinin güc yolu ilə icrası qaçılmaz idi
Vətən Müharibəsində şəhid olan DİN kapitanı (FOTO)
Azərbaycan Prezidenti: Ermənistan son dəqiqəyə qədər xüsusi sessiyanın keçirilməsi üçün hazırlıq prosesinə mane olmağa çalışıb
Azərbaycan Prezidenti: Son iki il ərzində Ermənistan danışıqlar prosesini məqsədyönlü şəkildə məhv edib
Prezident İlham Əliyev: Dağlıq Qarabağ münaqişəsi hərbi-siyasi yollarla həll edilib
Fransanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılacaq - XİN
Bütün xəbərlər