...

Siyavuş Novruzov: Mehriban Əliyevanın amnistiya ilə bağlı müraciəti Heydər Əliyev Fondunun humanizm prinsiplərinə sadiqliyinin bariz nümunəsidir

Siyasət Materials 20 May 2016 13:08 (UTC +04:00)
Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban Əliyevanın 28 May - Respublika Günü münasibətilə Milli Məclisə amnistiya aktı ilə bağlı müraciəti Heydər Əliyev Fondunun yarandığı dövrdən siyasətində humanizm prinsiplərinə sadiqliyinin bariz nümunəsidir.
Siyavuş Novruzov: Mehriban Əliyevanın amnistiya ilə bağlı müraciəti Heydər Əliyev Fondunun humanizm prinsiplərinə sadiqliyinin bariz nümunəsidir

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban Əliyevanın 28 May - Respublika Günü münasibətilə Milli Məclisə amnistiya aktı ilə bağlı müraciəti Heydər Əliyev Fondunun yarandığı dövrdən siyasətində humanizm prinsiplərinə sadiqliyinin bariz nümunəsidir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov Milli Məclisin amnistiya aktı ilə bağlı bu gün keçirilən iclasında deyib.

S.Novruzov bildirib ki, Heydər Əliyev Fondu yarandığı dövrdən onun siyasətində humanizm prinsipləri dayanır: "Biz şahidi oluruq ki, cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri müəyyən məsələlərlə əlaqədar Heydər Əliyev Fonduna müraciət edirlər. Bu müraciətlər ən müxtəlif məsələləri əhatə edir. Məsələn, ölkəmizdə müalicəsi mümkün olmayan və ciddi müalicə vəsaitinə ehtiyac duyan xəstələrin xaricdə müalicəsinin təmin olunması yönündə Fond ciddi addımlar atır. Eləcə də, Heydər Əliyev Fondunun Azərbaycan mədəniyyətinin dünyada tanıdılması, xaricdə təhsil alan gənclərimizin problemlərinin həlli yönündə reallaşdırdığı layihələr böyük əhəmiyyət kəsb edir. Bütövlükdə Fond tərəfindən bir çox humanitar layihələr reallaşdırılır ki, bu da cəmiyyətimiz tərəfindən böyük rəğbətlə qarşılanır".

S.Novruzov qeyd edib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevavnın amnistiya elan olunması ilə bağlı müraciətləri də Milli Məclis tərəfindən yüksək qiymətləndirilir: "Bu amnistiya aktı da Heydər Əliyev Fonduna ünvanlanmış çoxsaylı müraciətlərin nəticəsidir".

S.Novruzov deyib ki, hazırki amnistiya aktı Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən irəli sürülən 4-cü amnistiya aktıdır: "Ümumiyyətlə, Azərbaycan müstəqilliyini bərpa etdiyi 18 oktyabr 1991-ci ildən bu yana Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıdana qədər ölkəmizdə hər hansı amnistiya və əfv haqqında qərar və sərəncam olmayıb. Məhz Ümummilli liderin hakimiyyətə qayıdışından sonra 1996-cı ildən başlayaraq amnistiya haqqında qərarlar qəbul olunub. Mehriban xanım Əliyevanın təqdim etdiyi indiki amnistiya haqqında müraciətə qədər Azərbaycanda bu yöndə 10 qərar qəbul olunub. 7 amnistiya aktı Ümummilli lider Heydər Əliyevin prezidentliyi dövründə qəbul edilib".

S.Novruzov bildirib ki, digər 3 amnistiya aktının təşəbbüskarı isə məhz Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevadır: "Belə ki, Mehriban xanımın təşəbbüsü ilə Milli Məclis tərəfindən 8 may 2007-ci ildə qəbul olunmuş qərarla 9877 məhkum barəsində, 17 mart 2009-cu il tarixli qərarla 9564 məhkum barəsində amnistiya tətbiq edilib. 7 may 2013-cü il tarixli qərar 9000 şəxsə şamil edilmiş, o cümlədən 2 mindən artıq məhkum azadlıqdan məhrumetmə yerlərindən azad edilib. Hazırda isə Mehriban xanım Əliyeva tərəfindən təqdim edilən indiki amnistiya aktının 10 min nəfərə şamil ediləcəyi, o cümlədən 3500 nəfərin azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi gözlənilir."

S.Novruzov deyib ki, nəticə etibarilə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təqdim olunan amnistiya aktlarının şamil olunma dərəcəsi 40 min nəfərdən çox olacaq: "Bütövlükdə isə ölkəmizdə qəbul olunmuş amnistiya aktlarının əhatə dairəsi 110 min insanı əhatə edir. Bununla yanaşı, olaraq həm Ulu öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev tərəfindən milli və dövlət bayramları ərəfəsində 20-dən artıq əfv sərəncamı imzalanıb və bu humanist aksiya nəticəsində minlərlə məhkum olunmuş insanlar cəzalarının çəkilməyən hissəsindən azad edilərək ailələrinə qovuşublar. Bax, budur Heydər Əliyev siyasətinin nəticəsi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti