...

Qurbanqulu Berdiməhəmmədov: Türkmənistan-Azərbaycan münasibətləri bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək

Siyasət Materials 20 May 2016 19:58 (UTC +04:00)
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Qurbanqulu Berdiməhəmmədov: Türkmənistan-Azərbaycan münasibətləri bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək

Bakı. Trend:

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu, Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə və Zati-alinizin şəxsində ölkənizin dost xalqına ən səmimi təbriklərimi çatdırmağı özümə şərəf sayıram.

Ölkələrimiz arasında yaranmış qarşılıqlı faydalı əməkdaşlığın yüksək səviyyəsini qeyd etmək istərdim. Qəti əminəm ki, bu münasibətlər Türkmənistanın və Azərbaycanın dost xalqları naminə bundan sonra da durmadan inkişaf edəcək və möhkəmlənəcək.

Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq, dost Azərbaycan xalqına isə sülh, tərəqqi və rifah arzu edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti