...

Ərdoğan: Türkiyə silahlı münaqişələrin nizamlanmasında vasitəçi kimi çıxış edir (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 23 May 2016 12:40 (UTC +04:00)
Dünya birliyi silahlı münaqişələrin yaranmasının qarşısını almalıdır.
Ərdoğan: Türkiyə silahlı münaqişələrin nizamlanmasında vasitəçi kimi çıxış edir (ƏLAVƏ OLUNUB)

Bakı. Rufiz Hafizoğlu - Trend:

Dünya birliyi silahlı münaqişələrin yaranmasının qarşısını almalıdır.

Trend-in "TRT Haber" telekanalına isrtinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda I Ümumdünya Humanitar Sammitinin açılışında çıxış edərkən deyib.

Onun sözlərinə görə, dünya birliyi, həmçinin bu münaqişələrin nizamlanması üzrə fəal səylər göstərməlidir.

Prezident qeyd edib ki, Türkiyə silahlı münaqişələrin nizamlanmasında vasitəçi kimi çıxış edir.

R.T.Ərdoğan ümid etdiyini bildirib ki, Ümumdünya Humanitar Sammiti humanitar böhranın nizamlanmasına vacib töhfə verəcək.

O əlavə edib ki, Türkiyə Suriya qaçqınlarına fəal kömək edən ölkələrdən biridir: "Türkiyə suriyalı qaçqınların saxlanılmasına 10 milyard dollar xərcləyib, ölkədəki suriyalı qaçqınların sayı 3 milyon nəfərdir. Dünya birliyi isə suriyalı qaçqınların saxlanılmasına 455 milyon dollar ayırıb".

Mayın 23-də İstanbulda Dünya Humanitar Sammiti işə başlayıb.

Türkiyə Respublikasının və BMT-nin təşkilatçılığı ilə ilk dəfə keçirilən Sammitdə dünyada baş verən humanitar problemlərin həlli baxımından beynəlxalq ictimaiyyətə mühüm çağırışlar ediləcək.

Sammitdə BMT-nin üzvü olan ölkələrdən 60-dək dövlət və hökumət başçısı, böhranlardan əziyyət çəkən ölkələrin rəsmiləri, beynəlxalq təşkilatların, QHT-lərin və özəl sektorun təmsilçiləri olmaqla ümumilikdə 5 mindən çox nümayəndə iştirak edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti