...

Uruqvayda 28 may Respublika Günü qeyd edilib (FOTO)

Siyasət Materials 25 May 2016 10:31 (UTC +04:00)
Azərbaycanın Uruqvay Şərq Respublikasındakı diplomatik missiyası tərəfindən Montevideo şəhərində 28 may Respublika Günü münasibətilə qəbul keçirilib.
Uruqvayda 28 may Respublika Günü qeyd edilib (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycanın Uruqvay Şərq Respublikasındakı diplomatik missiyası tərəfindən Montevideo şəhərində 28 may Respublika Günü münasibətilə qəbul keçirilib.

Azərbaycan XİN-dən Trend-ə verilən məlumata görə, tədbirdə Uruqvay Şərq Respublikasının xarici işlər nazirinin müavini Xose Luis Kansela, Uruqvay Parlamentinin Senat və Nümayəndələr Palatasının çoxsaylı üzvləri, digər dövlət qurumlarının, siyasi partiyaların, diplomatik korpusun, elmi-akademik, işgüzar dairələrin, mədəniyyət, o cümlədən KİV-lərin nümayəndələri iştirak ediblər.

Tədbir zamanı çıxış edən Azərbaycanın Argentinadakı müvəqqəti işlər vəkili Rəşad Aslanov Azərbaycanın son illərdə əldə etdiyi uğurlar, ölkəmizin inkişaf strategiyası, regional proseslərdə və beynəlxalq siyasətdə rolu, Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalı barədə danışıb. Ölkəmizdə təşkil olunan beynəlxalq səviyyəli tədbirlər barədə də danışan Azərbaycan diplomatı növbəti illərdə Azərbaycanın digər beynəlxalq idman yarışlarına ev sahibliyi edəcəyinə toxunub.

Çıxışının ardınca Azərbaycanın mədəniyyəti, tarixi, iqtisadi inkişafı, regional enerji və infrastruktur layihələri, o cümlədən ölkəmizdə mövcud olan tolerantlıq və dinlərarası dialoq haqqında videoçarx nümayiş etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti