...

Millət vəkili Türkiyə Böyük Birlik Partiyasının nümayəndə heyəti ilə görüşüb (FOTO)

Siyasət Materials 31 May 2016 11:39 (UTC +04:00)
Bakıda səfərdə olan Türkiyə Böyük Birlik Partiyasının başqanı Mustafa Desticinin rəhbərlik etdiyi nümayəndə heyəti millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva ilə görüşüb.
Millət vəkili Türkiyə Böyük Birlik Partiyasının nümayəndə heyəti ilə görüşüb (FOTO)

Bakı. Trend:

Bakıda səfərdə olan Türkiyə Böyük Birlik Partiyasının başqanı Mustafa Desticinin rəhbərlik etdiyi nümayəndə heyəti millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva ilə görüşüb. Trend-ə verilən məlumata görə, Q.Paşayevanın dəvəti ilə keçirilən görüşdə Şəhid Anaları Cəmiyyətinin və Qarabağ Müharibəsi Veteranları təşkilatının sədrləri, "Türküstan" qəzetinin baş redaktoru Aqil Camal, tarix elmləri doktoru Havva Məmmədova da iştirak ediblər.

Q.Paşayeva ilə partiya sədri Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı da geniş fikir mübadiləsi aparıblar. Millət vəkili Almaniya Bundestaqında qondarma erməni soyqırımı ilə bağlı sənədin iyunun 2-də səsverməyə qoyulacağı ilə bağlı məsələnin dünyanın hər yerində yaşayan türk mənşəli insanları narahat etməli olduğunu deyib. O, bildirib ki, dünyanın hər yerində yaşayan türklər, xüsusilə Almaniyadakı böyük türk diasporu erməni yalanlarına və Almaniya Parlamentində qondarma soyqırımla bağlı səsverməyə qarşı ciddi etiraz səsini ucaltmalı və bunun qarşısını almaq üçün diasporla bərabər türk dövlətləri də özünün ciddi etirazını Almaniyaya çatdırmalıdır: "Xocalı Soyqırımını görmək istəməyənlərin erməni yalanları ilə bağlı qərar qəbul etmək niyyətinin gerçək səbəblərini bütün türk dünyası dərindən anlamalıdır və mübarizəmizi gücləndirməliyik".

Bu müzakirə və səsvermələrin Almaniyanın ATƏT-in Minsk qrupundakı missiyasına böyük zərbə olduğunu deyən millət vəkili Q.Paşayeva belə bir sənədin qəbulu Almaniyanın Dağlıq Qarabağ probleminin həllində obyektiv mövqe tutacağını tam şübhə altına alacaq deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti