Bakı. Elçin Mehdiyev - Trend:
Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında Azərbaycanla bir sıra ölkələr arasında imzalanmış sənədlərin təsdiqi məsələsi müzakirəyə çıxarılıb.
Trend-in məlumatına görə, "Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası ilə Koreya Respublikasının Okeanlar və Balıqçılıq Nazirliyi arasında "Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair (DHDNÇ) 1978-ci il tarixli Beynəlxalq Konvensiya"nın (əlavələrlə) I/10-cu qaydasına əsasən sertifikatların (diplomların) tanınması haqqında" Anlaşma Memorandumunun təsdiq edilməsi barədə məsələ deputatların müzakirəsinə çıxarılıb.
Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq təsdiq edilib.