...

Diplomatik xidmət orqanları əməkdaşları peşə bayramını qeyd edir

Siyasət Materials 8 İyul 2016 12:17 (UTC +04:00)
Diplomatik xidmət orqanları əməkdaşları peşə bayramını qeyd edirlər.
Diplomatik xidmət orqanları əməkdaşları peşə bayramını qeyd edir

Bakı. Trend:

9 iyul - diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə Xarici İşlər Nazirliyinin rəhbər heyəti və kollektivi 8 iyul tarixində Fəxri Xiyabanı ziyarət edərək xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə əklil qoyub, sonra isə görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstələri düzüb və xatirələrini dərin hörmət və ehtiramla yad ediblər.

XİN-dən Trend-ə verilən məlumata görə, Nazirliyin əməkdaşları Fəxri Xiyabanın ardınca Şəhidlər Xiyabanı ziyarət edərək, vətənimizin suverenliyi və müstəqilliyi uğrunda həlak olmuş şəhidlərimizin məzarları üzərinə və onların xatirəsinə ucaldılmış “Əbədi məşəl”abidəsinin önünə əklil və gül dəstələri qoyulub.

Qeyd edək ki, 1919-cu il iyul ayının 9-da Azərbaycan Demokratik Cümhuriyyəti Xarici İşlər Nazirliyinin katibliyinə dair müvəqqəti təlimatın qəbul edildiyini əsas tutaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər il 9 iyul tarixinin Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilməsi haqqında 24 avqust 2007-ci ildə Sərəncam imzalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti