...

"Azərbaycan Prezidentinin NATO sammitində iştirakı Bakının mühüm beynəlxalq oyunçu olmasından xəbər verir"

Siyasət Materials 9 İyul 2016 12:06 (UTC +04:00)

Bakı. Yelena Kosolapova - Trend:

Prezident İlham Əliyevin Varşavada keçirilən NATO sammitinə dəvət olunması təsdiq edir ki, Azərbaycan qlobal məsələlərdə iqtisadi, hərbi və siyasi cəhətdən mühüm beynəlxalq oyunçuya çevrilib.

Bunu Trend-ə ABŞ-ın "Caspian Group Holdings" şirkətinin baş direktoru Rob Sübhani deyib.

Onun sözlərinə görə, Azərbaycan Xəzərin enerjidaşıyıcılarının Qərbə nəqlinin əsas təşəbbüskarı qismində NATO-nun bu təşkilatın üzv ölkələrində enerji resurslarının şaxələndirilməsi üzrə səylərində həlledici rol oynayır: “NATO Azərbaycanı uzunmüddətli perspektivdə etibar edə biləcəyi enerji resurslarının məsuliyyətli ixracatçısı kimi nəzərdən keçirir".

Dağlıq Qarabağ problemindən danışan R.Sübhani təəssüflə qeyd edib ki, ATƏT-in Minsk qrupunun həmsədrləri - Moskva, Vaşinqton və Paris Qarabağ problemini həll etməyə ciddi və güclü istək göstərməyiblər: "Görünür, daxili və xarici səbəblər üzündən Rusiya, ABŞ və Fransa diqqətlərini Dağlıq Qarabağ münaqişəsinə cəmləyə bilmirlər. Bu o deməkdir ki, qərar bəlkə də yaxın zamanlarda olmayacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti