...

Azərbaycanda Prezidentin səlahiyyət müddəti artırıla bilər

Siyasət Materials 18 İyul 2016 20:16 (UTC +04:00)
Azərbaycanda prezidentin səlahiyyət müddətinin artırılması nəzərdə tutulur.
Azərbaycanda Prezidentin səlahiyyət müddəti artırıla bilər

Azərbaycanda prezidentin səlahiyyət müddətinin artırılması nəzərdə tutulur.

Trend in məlumatına görə, bu barədə Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" referendum aktı layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə imzaladığı sərəncamda qeyd edilib.

Sənədə əsasən, Azərbaycan Konstitusiyasının 101-ci maddəsinin I hissəsində “5” rəqəmi “7” rəqəmi ilə əvəz edilir və Azərbaycan Respublikasının Prezidenti növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərini elan edə bilər.

Eyni zamanda, 100-cü maddədən “Yaşı otuz beşdən aşağı olmayan sözləri"nin çıxarılması təklif olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti