...

Elmar Məmmədyarov Belçikanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

Siyasət Materials 5 Avqust 2016 16:07 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Belçika Krallığının Azərbaycana yeni təyin olunmuş səfiri Bert Şufsu qəbul edib.
Elmar Məmmədyarov Belçikanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib

Bakı. Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov Belçika Krallığının Azərbaycana yeni təyin olunmuş səfiri Bert Şufsu qəbul edib.

XİN-dən Trend-ə verilən məlumata görə, Elmar Məmmədyarov səfir Bert Şufsu Azərbaycana səfir təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzuladı. Səfir etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib.

Görüşdə Azərbaycan və Belçika arasında ikitərəfli münasibətlərin inkişaf səviyyəsindən məmnunluq ifadə olunub, Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin inkişafı barədə fikir mübadiləsi aparılıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti