...

Referendumda təşviqat qruplarına ödənişsiz yer ayıracaq KİV-lər - SİYAHI

Siyasət Materials 6 Avqust 2016 12:30 (UTC +04:00)
2016-ci il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) təşviqat qruplarına ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq kütləvi informasiya vasitələrinin adları məlum olub.
Referendumda təşviqat qruplarına ödənişsiz yer ayıracaq KİV-lər - SİYAHI

Bakı. Trend:

2016-ci il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsində (referendumda) təşviqat qruplarına ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq kütləvi informasiya vasitələrinin adları məlum olub.

Mərkəzi Seçki Komissiyasından (MSK) Trend-ə verilən məlumata görə, kütləvi informasiya vasitələrində referendum öncəsi təşviqat aparmaq məqsədilə üzvlərinin sayı 40 min və daha çox olan referendum üzrə təşviqat qruplarına referenduma çıxarılan məsələlərin lehinə və əleyhinə təşviqat aparmaqdan ötrü aşağıda göstərilən kütləvi informasiya vasitələrində ödənişsiz efir vaxtı və dərc üçün yer ayrılacaq:

  • İctimai Televiziya və Radio Yayımları Şirkəti;
  • “Azərbaycan” qəzeti;
  • ”Xalq qəzeti”;
  • “Bakinski raboçi” qəzeti.

Yuxarıda göstərilən qurumlar, o cümlədən digər teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları referendum qabağı təşviqat üçün ödənişli efir vaxtı və yaxud dərc üçün yer ayrılmasının mümkünlüyünə dair qərar qəbul etdikdə, bu barədə MSK-ya müvafiq bildirişlər göndərməlidir.

Eyni zamanda, efir vaxtının verilməsinə və dərc üçün yerin ayrılmasına görə ödənişin əsasları, şərtləri və məbləği barəsində məlumatları referendumun təyin edilməsi haqqında qərarın rəsmi dərc olunmasından sonra ən geci 30 gün keçənədək dərc etməlidirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti