...

Azərbaycan və Malta arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında Saziş təsdiq edilib

Siyasət Materials 10 Avqust 2016 17:52 (UTC +04:00)

Bakı. Trend:

Prezident İlham Əliyev bu gün Azərbaycan Hökuməti ilə Malta Hökuməti arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

"Azərbaycan Hökuməti ilə Malta Hökuməti arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında 2016-cı il aprelin 29-da Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin".

Azərbaycanın Gənclər və İdman Nazirliyinə bu fərmanın 1-ci hissəsində göstərilən Sazişin müddəalarının həyata keçirilməsini təmin etmək və Azərbaycanın Xarici İşlər Nazirliyinə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Malta Hökumətinə bildiriş göndərmək tapşırlılb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti