...

Zeynal Nağdəliyev: Seçki məntəqələrində veb-kameralarla bağlı şübhələr tam aradan qaldırılıb

Siyasət Materials 18 Avqust 2016 12:09 (UTC +04:00)
Nöqsanlara yol verilməməlidir. Çünki bu nöqsanlardan “maraqlı tərəflər” istifadə edə bilər.
Zeynal Nağdəliyev: Seçki məntəqələrində veb-kameralarla bağlı şübhələr tam aradan qaldırılıb

Bakı. Elçin Mehdiyev – Trend:

“Azərbaycanda təkmilləşmiş seçki qanunvericiliyi var. Biz bunu qorumalıyıq. Nöqsanlara yol verilməməlidir. Çünki bu nöqsanlardan “maraqlı tərəflər” istifadə edə bilər”.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev Bakıda dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

O qeyd edib ki, Azərbaycanı 10 il əvvəllə müqayisə etsək görərik ki, ölkə xeyli inkişaf edib: “10-15 il əvvəl beynəlxalq təşkilatlar bizi tənqid edirdilər, suallar verirdilər. Artıq bu problemlər aradan qalxıb”.

Z.Nağdəliyev bildirib ki, Azərbaycanda siyasi sabitlik var: “Borcumuz ondan ibarətdir ki, yaradılmış şəraitə töhfə verək, xələl gətirməyək”.

PA rəsmisi vurğulayıb ki, seçici siyahıları tam dəqiqləşdirilməli, dövlət orqanları bu işdə birgə fəaliyyət göstərməlidir: “Kimsə vəzifəsini layiqincə yerinə yetirməsə, biz ona təsir göstərəcəyik ki, işini başa çatdırsın. Təşviqat kampaniyasında lövhələr də nəzərdən keçiriləcək, nəsə çatışmazlıq olarsa, aradan qaldırılacaq. Ümumilikdə, seçki məntəqələrində 1000 veb-kamera quraşdırılacaq. Açıq deyirəm, əvvəllər veb-kameralarla bağlı şübhələr vardısa, indi hamısı aradan qaldırılıb”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti